Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Müəssisənin inzibati və təsərrüfat fəaliyyətini təşkil etmək, gündəlik iş
proseslərinin fasiləsiz təmin olunmasına nəzarət etmək;
Müəssisədaxili
qeyri-tibbi avadanlıqların, mebel və inventarların texniki vəziyyətinə, düzgün istifadəsinə və vaxtında təmirinə
nəzarət etmək;
Kabinetlərin, iş otaqlarının və ümumi istifadə sahələrinin
təsərrüfat vəziyyətini nəzarətdə saxlamaq, cari təmir və abadlıq işlərini təşkil etmək;
Elektrik, texniki ustalar və digər təsərrüfat əməkdaşlarının fəaliyyətini koordinasiya etmək,
iş bölgüsünü aparmaq və icraya nəzarət etmək;
Təmizlik və xidmət
heyətinin iş qrafikini, ərazi üzrə bölgüsünü və gündəlik fəaliyyətini təşkil etmək;
Müəssisənin təsərrüfat ehtiyaclarını müəyyənləşdirmək, zəruri inventar və materiallarla
təminatı təşkil etmək;
Nəqliyyat və digər inzibati-təsərrüfat
proseslərinin düzgün təşkilinə nəzarət etmək;
Daxili nizam-intizam,
texniki təhlükəsizlik və təsərrüfat qaydalarına riayət olunmasını təmin etmək, yaranan problemlərin operativ həlli
üçün tədbirlər görmək.
Namizədə dair tələblər
Ali və ya müvafiq sahə üzrə orta ixtisas təhsili;
İnzibati-təsərrüfat və ya texniki istiqamətdə rəhbər vəzifədə minimum 5 il iş
təcrübəsi;
Təsərrüfat, texniki xidmət, təmir və istismar
işlərinin təşkili üzrə praktiki təcrübə;
Texniki və xidmət heyətinin
idarə olunması və koordinasiyası bacarığı;
Planlaşdırma, təşkilatçılıq və
operativ qərarvermə qabiliyyəti;
Məsuliyyətlilik, çeviklik və idarəetmə
bacarıqları.
Şərtlər:
İş qrafiki: 6 gün (həftəlik 40 saat);
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq
“İnzibati işlər və təssərrüfat şöbəsinin müdiri” qeyd etməklə (əks halda belə müraciətlərə
baxılmayacaq)Müraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
