Vakansiya haqqında
Tələblər:
İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil (yeni
bakalavr/magistr məzunları və ya magistrant);
Azərbaycan dilində səlis
yazı və danışıq, ingilis, türk, rus dili biliklərinə üstünlük verilir;
Ofis proqramlarında işləmək bacarığı (xüsusilə Word, Excel və
PowerPoint);
Bank prosesləri və bank qanunvericiliyi barədə ümumi
məlumatlı olmaq;
Yeni alətləri və metodologiyaları sürətlə mənimsəmək
istəyi;
Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə /
Təqdimetmə bacarığı / Komanda ilə işləyə bilmək, effektiv ünsiyyət qurmaq bacarığı.
Cavabdehlik:
Bankın iş axışlarının/proseslərinin sənədləşdirilməsi;
Bank proseslərinin yerli qanuvericiliyin tələbləri və struktur bölmələrin təklifləri
əsasında yazılması;
Prosedur Sənədlərin bankın aidiyyəti strukturları ilə
razılaşdırılması və təsdiqə yönləndirilməsi;
İT qrupları ilə birlikdə
kiçik istək/orta ölçülü layihə/ böyük ölçülü layihə sinifləşdirməsini həyata keçirmək;
Qanunvericiliyə riayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin
banka təsir təhlilini bankın strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə
koordinasiyalı planlaşdırma işlərini həyata keçirmək;
Orta və böyük
ölçülü sistem tələblərini “business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili, biznes qərarları, digər
layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini təhlil
etmək);
Məsul olduğu prosedur sənədləri üçün, “business impact” - in və
“business case” - in yaradılaraq, layihələrin təsir etdiyi struktur bölmələrin digər tələblərini gözdən
keçirmək və bir-biri ilə olan əlaqələrini və ziddiyyətlərini müəyyənləşdirmək;
Bank sistemləri üzrə istifadəçilər (user-lər) yaratmaq, user-lərə müvafiq səlahiyyətlər
vermək, dəyişdirmək və ləğv etmək.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
