Vakansiya haqqında
Vəzifə haqqında
DataLead olaraq müxtəlif müəssisələr üçün Data Lakehouse, Data Warehouse, Data
Integration və Analytics platformaları qururuq. Mövcud layihələrimizin texniki istiqamətini idarə edəcək, yeni
həllərin arxitekturasında iştirak edəcək və Data Engineering komandasının inkişafına töhfə verəcək Lead Data
Engineer axtarırıq.
Bu rol həm güclü hands-on texniki təcrübə, həm də
layihə və komanda səviyyəsində ownership tələb edir. Namizəd yalnız texniki həll hazırlayan mühəndis deyil, eyni
zamanda layihənin texniki istiqamətini müəyyən edən əsas şəxslərdən biri olacaq.
Əsas məsuliyyətlər
Mövcud Data Lakehouse və Data Warehouse layihələrinin texniki istiqamətinin idarə
edilməsi;
Yeni data platformalarının arxitekturasının hazırlanması və
uyğun texnologiya seçimlərinin edilməsi;
Müştəri ehtiyaclarının texniki
tələblərə və icra planına çevrilməsi;
ETL/ELT, batch, streaming və CDC
əsaslı data pipeline-ların dizaynı və inkişafına rəhbərlik;
Müxtəlif
məlumat mənbələrinin vahid analitik platformalara inteqrasiyasının təşkili;
Legacy sistemlərdən müasir data platformalarına keçid və migration layihələrinin texniki
planlaşdırılması;
Data modeling, data quality, metadata və lineage
yanaşmalarının layihələrdə tətbiqi;
Data platformalarının performans,
etibarlılıq və miqyaslana bilmə baxımından optimallaşdırılması;
Data
pipeline-ların monitorinqi, troubleshooting və production problemlərinin həllində texniki
liderlik;
Komanda tərəfindən hazırlanmış həllərin, kodların və data
flow-ların review edilməsi;
Texniki standartların, reusable yanaşmaların
və Data Engineering best practice-lərin formalaşdırılması;
Data
Engineer-lərə gündəlik texniki dəstək və mentorluq verilməsi;
Layihələr
üzrə workload, prioritet və texniki risklərin idarə edilməsində iştirak;
Müştərilərlə texniki workshop və görüşlərdə iştirak;
Təklif olunan həllərin arxitektura və texniki baxımdan təqdim edilməsi;
Yeni layihələr üçün solution design, estimation və technical proposal hazırlanmasına töhfə
verilməsi;
Yeni Data Engineer namizədlərinin texniki
qiymətləndirilməsində iştirak;
Yeni texnologiyaların qiymətləndirilməsi
və uyğun olduqda layihələrdə tətbiqi.
Texnologiyalar
Apache Spark, Spark SQL, PySpark, Python, SQL, Apache Iceberg, Parquet, MinIO,
S3-compatible Object Storage, Apache Kafka, CDC, Apache Airflow, dbt, Oracle, PostgreSQL, Microsoft SQL Server,
MySQL, Kubernetes, Docker, Linux, Git, CI/CD, OpenMetadata, REST API, Power BI, Apache Superset.
Namizədə tələblər
Data Engineering sahəsində minimum 5 il real layihə təcrübəsi;
Senior və ya Lead səviyyəsində texniki məsuliyyət götürmək təcrübəsi;
Data Warehouse, Data Lake və ya Data Lakehouse layihələrində praktiki
iştirak;
Data Architecture və Data Platform dizaynı üzrə güclü
anlayış;
Data modeling və analitik məlumat strukturlarının qurulması üzrə
təcrübə;
ETL/ELT prosesləri və kompleks data pipeline-ların hazırlanması
üzrə güclü biliklər;
Python və SQL üzrə yüksək səviyyəli praktiki
bacarıqlar;
Big Data və distributed processing yanaşmaları üzrə
anlayış;
Production sistemlərində performance tuning və troubleshooting
təcrübəsi;
Müxtəlif database və sistemlərlə data integration
təcrübəsi;
Texniki qərarları əsaslandırmaq və alternativ həlləri müqayisə
etmək bacarığı;
Müştəri və texniki komandalarla effektiv kommunikasiya
qurmaq bacarığı;
Eyni zamanda bir neçə layihə və prioritet üzərində
işləyə bilmək;
Komanda daxilində mentorluq və texniki istiqamət vermək
bacarığı;
İngilis dilində texniki sənədlərlə və vendorlarla sərbəst
işləmək bacarığı.
Üstünlük veriləcək təcrübələr
Böyük həcmli enterprise data platformalarının qurulması;
Oracle və digər legacy database sistemlərindən müasir platformalara
migration;
Spark performance optimization;
Kubernetes üzərində data platformalarının işlədilməsi;
Data Governance, Metadata Management və Data Catalog həlləri;
On-premise və hybrid data platformaları;
Solution
Architecture və technical presales;
Müştəri layihələrinin texniki
delivery-sinin idarə edilməsi;
Texniki komandanın inkişafı və
mentorluğu.
Bu rolda kim uğurlu olacaq
Bu rol üçün yalnız güclü texniki mütəxəssis deyil, həm də məsuliyyət götürməyi
sevən, texniki qərar verə bilən və komandanın ümumi nəticəsinə təsir edən namizəd axtarırıq.
İdeal namizəd lazım olduqda özü kod yaza, arxitektura qura, problemi troubleshoot edə və eyni
zamanda digər mühəndislərin işinə texniki istiqamət verə bilməlidir.
Karyera inkişafı
Bu rol DataLead daxilində Data
Engineering istiqamətində daha geniş texniki və rəhbərlik məsuliyyəti götürmək istəyən namizədlər üçün inkişaf
imkanı yaradır.
Yüksək performans və leadership bacarıqlarından asılı
olaraq gələcəkdə Head of Data Engineering roluna inkişaf etmək mümkündür.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
