Vakansiya haqqında
İş yeri və qrafik - Bakı şəhəri, ofis; bazar ertəsi–cümə,
09:00–18:00
Əsas vəzifələr
Şirkətin aktiv İT layihələri portfelini vahid plan üzrə idarə etmək, layihələrin
prioritetlərini rəhbərliklə razılaşdırmaq və ümumi icra vəziyyətini görünən saxlamaq;
Hər bir layihə üzrə məqsədləri, əhatə dairəsini, mərhələləri, müddətləri, resursları və qəbul
meyarlarını müəyyənləşdirmək və aktual saxlamaq;
Layihələri başlanğıcdan
istehsalat mühitinə buraxılış və yekun təhvilədək idarə etmək, nəticələrin razılaşdırılmış müddət və keyfiyyətdə
təqdim olunmasını təmin etmək;
Biznes-analitik, proqramçı, sistem
mühəndisi və digər iştirakçıların işini əlaqələndirmək, tapşırıqları, asılılıqları və resurs yükünü idarə
etmək;
Müştərilərlə status görüşlərini aparmaq, qərarları və növbəti
addımları protokollaşdırmaq, açıq məsələlərin vaxtında bağlanmasını təmin etmək;
Riskləri, problemləri və gecikmə ehtimallarını əvvəlcədən müəyyənləşdirmək, tədbirlər planı
hazırlamaq və zəruri hallarda vaxtında eskalasiya etmək;
Dəyişiklik
sorğularını idarə etmək: onların müddətlərə, prioritetlərə və resurslara təsirini qiymətləndirmək, təsdiq alınmadan
layihənin əhatə dairəsinin genişlənməsinə yol verməmək;
Layihə
sənədlərinin tamlığını təmin etmək: plan, status hesabatı, protokol, risk və dəyişiklik reyestrləri, təhvil-qəbul
sənədləri və yekun hesabat;
Xarici vendorlarla və tərəfdaşlarla işləri
əlaqələndirmək, onlardan asılı olan nəticə və müddətlərə nəzarət etmək;
Satışdan layihə komandasına düzgün ötürülməni təmin etmək, razılaşdırılmış əhatə dairəsini,
öhdəlikləri və müddətləri komanda ilə dəqiqləşdirmək;
Layihə yekununda
nəticələri və əldə edilmiş dərsləri təhlil etmək, təkrarlanan problemlərin aradan qaldırılması üçün təkliflər
vermək.
Namizədə tələblər
Təhsil - Ali təhsil
İT məhsullarının,
proqram təminatının və ya korporativ informasiya sistemlərinin tətbiqi layihələrində layihə meneceri kimi minimum 3
il təcrübə;
Eyni vaxtda bir neçə layihəni idarə etmək, prioritetləri və
komanda resurslarını balanslaşdırmaq üzrə praktiki təcrübə;
Ən azı iki İT
layihəsini başlanğıcdan məhsuldar istismara və müştəriyə təhvilədək idarə etmiş olmaq;
Layihə planlaşdırılması, müddət, əhatə dairəsi, risk, dəyişiklik və maraqlı tərəflərin idarə
edilməsi üzrə möhkəm praktiki biliklər;
Waterfall, Agile və hibrid
yanaşmaların fərqini bilmək və layihənin xüsusiyyətinə uyğun yanaşma seçmək bacarığı;
Microsoft Project layihə idarəetmə sistemi ilə işləmək bacarığı və
təcrübə;
Tapşırıq idarəetmə alətlərindən ən azı biri ilə sərbəst işləmək
bacarığı (Jira, Bitrix24 və ya analoji sistem);
MS Excel və PowerPoint
proqramlarında plan, hesabat və rəhbərlik üçün qısa təqdimat hazırlamaq bacarığı;
Azərbaycan və rus dillərində sərbəst şifahi və yazılı ünsiyyət; ingilis dilində vendorla
yazışma və sənədlərlə işləmək bacarığı arzuolunandır;
Müştəri ilə
mürəkkəb danışıqları aparmaq, gözləntiləri idarə etmək və münaqişəli vəziyyətlərdə konstruktiv həll tapmaq
bacarığı;
Müstəqillik, məsuliyyət, sistemli düşüncə, nəticəyə fokuslanma
və problemləri gizlətmədən vaxtında eskalasiya etmək vərdişi.
Üstünlük hesab olunur
Elektron sənəd dövriyyəsi, ECM/BPM, ERP, bank və ya digər korporativ sistemlərin
tətbiqi üzrə təcrübə;
İnteqrasiya, məlumat miqrasiyası, on-premise
infrastrukturu, informasiya təhlükəsizliyi və elektron imza layihələri barədə ümumi anlayış;
PMP, PRINCE2, Scrum, Agile və ya digər layihə idarəetmə sertifikatının olması üstünlükdür,
lakin məcburi tələb deyil.
Biz nə təklif edirik
Namizədin real təcrübə və kompetensiyalarına uyğun əmək haqqı;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Bakı
şəhərinin mərkəzində ofis: Passage 1901, Nigar Rəfibəyli küçəsi 12;
Korporativ müştərilər üçün əhəmiyyətli İT tətbiqi və inteqrasiya layihələrinin idarə
edilməsi;
Qərarvermədə müstəqillik, rəhbərliklə birbaşa ünsiyyət və
peşəkar inkişaf imkanı;
Müəyyən edilmiş KPI-ların yerinə yetirilməsinin
nəticələrinə əsasən əlavə bonus əldə etmək imkanı;
Peşəkar təlim və
sertifikatlaşmada iştirak imkanı.
CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən məktubun mövzu hissəsində
“Layihə meneceri” və mətn hissəsində gözlənilən əmək haqqını qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
