Vakansiya haqqında
Peşə və funksional öhdəliklər:
Tikintidə yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların daşınması,
qaldırılması və quraşdırılması işlərini yerinə yetirmək;
İşə başlamazdan
əvvəl trosların, kəndirlərin, zəncirlərin, ilgəclərin və digər takelaj avadanlıqlarının texniki sazlığını
yoxlamaq;
Yüklərin kütləsi və forması (konfiqurasiyası) əsasında tros,
kanat, zəncir və digər xüsusi takelaj ləvazimatlarını seçmək və onların texniki vəziyyətini
yoxlamaq;
Daşınacaq yüklərin, avadanlıqların, mexanizmlərin və
konstruksiyaların ümumi kütləsini və ağırlıq mərkəzini düzgün müəyyənləşdirmək;
Yükün çəkisini, ölçülərini və ağırlıq mərkəzini nəzərə alaraq təhlükəsiz daşınma sxemini
hazırlamaq;
Yüklərin düzgün şəkildə bağlanmasını (strop olunmasını) və
təhlükəsiz şəkildə açılmasını təmin etmək;
Daşınma zamanı yük
hissələrinin yerindən tərpənməsinin və düşməsinin qarşısını almaq;
Stropların zədələnməsinin qarşısını almaq üçün iti kənarlı səthlərə xüsusi qoruyucu altlıqlar
qoymaq;
Qeyri-standart, uzunölçülü və iri qabaritli yüklərlə işləyərkən
xüsusi qaldırma və sabitləmə metodlarından istifadə etmək;
Qaldırıcı
qurğularla işləyərkən kran operatorları və digər əməkdaşlarla koordinasiyalı fəaliyyət göstərmək, onlara aydın və
dəqiq göstərişlər vermək;
Dar keçidlərdə və mürəkkəb şəraitdə yüklərin və
avadanlıqların dəqiq və düzgün yerləşdirilməsini həyata keçirmək;
Namizədə dair tələblər:
Yaş həddi: 25-55 yaş
İlməkçi işləmək üçün
sertifkatın olması zəruridir
Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti
layihələri üzrə təcrübə üstünlükdür);
Fiziki cəhətdən sağlam və işə
davamlı olmaq
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə
yetirmək
Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür)
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Xətai rayonu.
İş
qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 1000
manat
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
