Vakansiya haqqında
Grand Agro Invitro MMC İstixana istehsalatı üzrə aqronom vəzifəsi üzrə
vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
İstixana və açıq sahələrdə bitkilərin yetişdirilməsi prosesinə nəzarət
etmək;
Bitkilərin inkişaf mərhələlərini izləmək və aqrotexniki
tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək;
Suvarma, gübrələmə
və bitki mühafizəsi tədbirlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
Bitki xəstəlikləri və zərərvericiləri müəyyən etmək, profilaktik və mübarizə tədbirləri həyata
keçirmək;
İstehsalat prosesində məhsuldarlığın və keyfiyyətin artırılması
istiqamətində təkliflər hazırlamaq;
Gündəlik istehsalat fəaliyyətinə
nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq.
Namizədə tələblər:
Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil;
Aqronom vəzifəsində minimum 2 il iş təcrübəsi;
İstixana şəraitində bitki yetişdirilməsi üzrə bilik və təcrübə;
Gübrələmə, suvarma və bitki mühafizəsi sahəsində praktiki biliklər;
Komanda ilə işləmək, planlaşdırma və problemləri operativ həll etmək
bacarığı;
Məsuliyyətlilik, təşəbbüskarlıq və
nəticəyönümlülük.
Şirkət tərəfindən təklif olunur
Peşəkar inkişaf imkanları;
“20 Yanvar” və
“Koroğlu” metro stansiyalarından servis xidməti;
Şirkət tərəfindən
naharla təmin olunma;
Əməkhaqqı müsahibə əsasında müəyyən
edilir.
İş yeri: Türkan qəsəbəsi
İş qrafiki: 5 günlük iş həftəsi
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İstixana istehsalatı üzrə
aqronom” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
