Vakansiya haqqında
İşiniz nədən ibarətdir?
Bank üzrə vergi növlərinin (mənfəət vergisi, ƏDV, ÖMV, torpaq, əmlak, muzdlu işlə
əlaqədar vergilər və s.) hesablanması üçün məlumatları toplamaq, hesablamaları hazırlamaq və yoxlanılması üçün
təqdim etmək
Vergi ödənişləri üzrə məlumatları hazırlamaq və ödənişlərin
müəyyən edilmiş müddətlərdə icrasını izləmək
Vergi bəyannamələrinin və
digər vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak etmək
Vergi uçotu üzrə məlumatları və təsdiqedici sənədləri yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar
barədə baş mütəxəssisə və ya birbaşa rəhbərə məlumat vermək
Mühasibat
uçotu ilə vergi uçotu üzrə məlumatların uzlaşdırılmasını aparmaq və yaranmış fərqlərin araşdırılmasında iştirak
etmək
Bankın struktur bölmələrindən daxil ol vergi sorğuları üzrə məlumat
toplamaq və cavab layihələri hazırlamaq
Müqavilələrin, yeni məhsulların
və layihələrin vergi baxımından təhlili üçün ilkin məlumatları hazırlamaq və təhlildə iştirak
etmək
Vergi orqanları ilə yazışmaların və sorğulara cavabların
hazırlanmasında iştirak etmək
Vergi yoxlamaları, daxili və xarici audit
zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq
Vergi güzəştlərinin
və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi üçün tələb olunan sənədlərin toplanmasında
və hazırlanmasında iştirak etmək
Vergi qanunvericiliyindəki
dəyişiklikləri izləmək və fəaliyyətinə aid dəyişikliklər barədə qısa məlumat hazırlamaq
Vergi proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması işlərində, informasiya
sistemlərində vergi hesablamalarının yoxlanılmasında iştirak etmək
Vergi
hesablamaları üzrə dövri hesabatları hazırlamaq, ay sonu və il sonu bağlanışlarında ona həvalə edilmiş işləri yerinə
yetirmək
Vergi sənədlərinin və yazışmalarının sistemli saxlanılmasını
təmin etmək
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə, Mühasibatlıq, Vergi və ya İqtisadiyyat üzrə ali
təhsil.
İş təcrübəsi: Vergi və ya mühasibatlıq sahəsində
minimum 3 il, bank sektorunda təcrübəyə üstünlük verilir.
Sertifikatlar: Vergi və mühasibat uçotu üzrə təlimlərdə iştirak və ya ACCA TX
(F6) imtahanını keçmək üstünlük hesab edilir.
Qanunvericilik
bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, əsas vergi növlərinin hesablanması və bəyannamələrin
hazırlanması qaydaları üzrə biliklər; mühasibat uçotunun əsas prinsipləri barədə anlayış. Bank əməliyyatlarının
vergiyə cəlb edilməsi üzrə biliklər üstünlük hesab edilir.
Dil
bilikləri: Azərbaycan dili (əla), İngilis dili — orta səviyyədə, Rus dili
(üstünlükdür).
Kompüter bilikləri: : MS Excel və digər
MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı. Elektron vergi sistemləri ilə iş təcrübəsi
arzuolunandır.
Digər bacarıqlar: Analitik düşüncə,
detallara diqqət, məsuliyyətlilik, vaxtın düzgün idarə edilməsi, yazılı ünsiyyət və komanda ilə işləmək
bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
