Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Şöbənin illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına
rəhbərlik etmək;
Risklərin dəyərləndirilməsi və prioritetləşdirilməsi
əsasında nəzarət strategiyasını formalaşdırmaq;
Uyğunsuzluqların yaranma
səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin etmək;
Daxili nəzarət yoxlamalarını təşkil etmək, icrasına nəzarət etmək və hesabatlıq prosesi idarə
etmək;
Şirkət siyasətləri, prosedurlar və standartlara uyğunluğun
qiymətləndirilməsini təmin etmək;
Aktivlərin qorunması, sayımların
təşkili və inventar proseslərinə nəzarət etmək.
Struktur bölmələrdə aşkar
edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər hazırlamaq və icrasını izləmək;
Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin
olunmasına nəzarət etmək;
Daxili nəzarət nəticələrinə dair analitik
hesabatlar və rəy hazırlayaraq rəhbərliyə təqdim etmək;
Konfidensiallıq,
obyektivlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək;
Şirkətdaxili komissiyalarda, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin
inkişafına töhfə vermək;
Büdcə və şöbə xərclərinin idarə edilməsinə
nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
Komanda idarəetmə bacarığı;
Güclü
analitik düşüncə və problem həll etmə bacarığı;
Hesabatlılıq və proses
idarəçiliyi bacarığı;
Daxili nəzarət sistemləri, nəzarət nöqtələri və
risk yönümlü nəzarət metodologiyası üzrə dərin bilik;
ERP sistemləri ilə
işləmə bacarığı (SAP və s.) – üstünlükdür;
MS Office proqramlarında
yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat hazırlama bacarığı;
FMCG, retail, istehsalat və ya logistika sahəsində iş təcrübəsi üstünlük
sayılır.
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar
sahə);
Daxili nəzarət, risk və ya inventarizasiya sahəsində minimum 3–5
il iş təcrübəsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş yeri:
Aşıq Molla Cümə 46 c
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf
imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili
nəzarət üzrə Şöbə rəhbəri” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə
cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
