Vakansiya haqqında
Təsvir
İllik audit planına əsasən Bankın funksional İT struktur bölmələrinin auditini
aparmaq;
Bank üzrə informasiya sistemlərində və avtomatlaşdırılmış
əməliyyat proseslərində daxili nəzarət sisteminin effektivliyinin, adekvatlığının yoxlanılmasını və
qiymətləndirilməsini təmin etmək;
İnformasiya texnologiyaları sahəsində
mövcud olan riskləri müəyyən etmək və həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
Bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasında iştrak etmək;
İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Tələblər
Ali təhsili;
Müvafiq sahə üzrə minimum 1
il, və ya informasiya texnologiyaları, informasiya təhlükəsizliyi (kiber təhlükəsizlik) sahəsində minimum 2 il
təcrübə;
Azərbaycan dili mükəmməl, İngilis dilini isə orta səviyyədə
bilmək zəruridir;
Müvafiq sahə üzrə mövcud olan çərçivələr və standartlar
(ITIL, COBIT, ISO 27001, PCI DSS, NIST və s.) haqqında biliklərə malik olan namizədlərə üstünlük
veriləcəkdir;
İnformasiya sistemlərinin idarə olunması üzrə iş
təcrübəsi;
İnformasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları haqqında
biliklərin olması;
İT və təhlükəsizlik prinsipləri, risklərin
qiymətləndirilməsi metodologiyaları və uyğunluq tələbləri haqqında biliklər;
Müxtəlif maraqlı tərəflərlə səmərəli qarşılıqlı əlaqə yaratmaq üçün həm yazılı, həm də şifahi
olmaqla güclü ünsiyyət bacarıqlarının olması;
Analitik təfəkkür, təhlil
və risklərin müəyyən edilməsi bacarığı;
Hesabatların tərtib edilməsi üzrə
bilik və bacarıqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
