Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Capital

Internal Control Specialist / Junior Specialist

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Internal Control Specialist / Junior Specialist Job Purpose: To ensure that the Company's internal processes and operations comply with applicable legislation, regulatory requirements, and internal procedures; assess the effectiveness of existing control mechanisms; investigate identified cases of non-compliance, fraud, and misconduct; and contribute to mitigating relevant risks and enhancing the internal control framework. Key Responsibilities: Review the Company's internal processes and operations to ensure compliance with applicable legislation, regulatory requirements, and internal procedures, and prepare relevant reports on the findings; Investigate the root causes of non-compliance and deviations identified in the implementation of internal policies, rules, and procedures, and develop recommendations for their remediation; Conduct planned and ad hoc control activities using a risk-based approach; Investigate potential cases of fraud, misconduct, and other suspicious activities, conduct internal investigations where necessary, and present the findings to management; Ensure effective coordination with relevant departments throughout internal investigations; Compile and analyse information related to identified cases of fraud and misconduct, and develop recommendations to mitigate the associated risks; Monitor the implementation of approved action plans addressing findings identified through internal and external control activities; Conduct follow-up reviews to assess the effectiveness of corrective actions taken to address previously identified deficiencies; Evaluate the effectiveness of existing control mechanisms and develop recommendations for their improvement and automation; Prepare reports on the results of conducted reviews and communicate identified risks and recommendations to relevant stakeholders. Requirements: Education: Bachelor's degree or higher in Economics, Finance, Law, or another related field. Work Experience: 1–3 years of relevant experience in internal control, internal audit, risk management, or related fields. Experience in banking or investment companies will be considered an advantage. Professional Certifications: CIA, CFE, or other relevant international professional certifications will be considered an advantage. Language Skills: English – Advanced; Russian – Intermediate. Computer Skills: Proficiency in Microsoft Office applications, particularly good working knowledge of Microsoft Excel. Professional Competencies: Strong analytical thinking, data analysis and reporting skills; effective written and verbal communication; ability to collaborate and coordinate effectively with different departments; ability to identify problems, resolve conflicts constructively, and develop well-grounded recommendations; attention to detail, objectivity, confidentiality, and adherence to high standards of professional ethics; initiative, innovative thinking, and commitment to continuous professional development. Interested candidates can apply by clicking the link provided in the"Apply"button. Daxili Nəzarət üzrə Mütəxəssis / Kiçik Mütəxəssis Vəzifənin məqsədi: Şirkətin daxili proses və əməliyyatlarının qanunvericiliyin, normativ tələblərin və daxili prosedurların müddəalarına uyğunluğuna nəzarət etmək, mövcud nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək, aşkar edilmiş uyğunsuzluq, dələduzluq və sui-istifadə hallarını araşdırmaq, habelə müvafiq risklərin azaldılması və daxili nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etmək. Vəzifə öhdəlikləri: Şirkətin daxili proses və əməliyyatlarının qüvvədə olan qanunvericiliyin, normativ tələblərin və daxili prosedurların müddəalarına uyğunluğunun yoxlanılması, nəticələr üzrə müvafiq hesabatların hazırlanması; Daxili qayda, siyasət və prosedurların icrasında aşkar edilmiş uyğunsuzluqların və kənarlaşmaların səbəblərinin araşdırılması, onların aradan qaldırılması istiqamətində təkliflərin hazırlanması; Risk əsaslı yanaşma tətbiq edilməklə planlı və növbədənkənar nəzarət tədbirlərinin həyata keçirilməsi; Potensial dələduzluq, sui-istifadə və digər şübhəli halların araşdırılması, zəruri hallarda daxili təhqiqatların aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi; Daxili araşdırmalar çərçivəsində aidiyyəti struktur bölmələri ilə effektiv koordinasiyanın təmin edilməsi; Aşkar edilmiş dələduzluq və sui-istifadə halları üzrə məlumatların sistemləşdirilməsi, təhlili və müvafiq risklərin minimallaşdırılmasına dair təkliflərin hazırlanması; Daxili və xarici nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş kənarlaşmalar üzrə təsdiqlənmiş tədbirlər planlarının icra vəziyyətinin monitorinqi; Aradan qaldırılmış kənarlaşmalar üzrə görülmüş tədbirlərin effektivliyinin qiymətləndirilməsi məqsədilə təkrar yoxlamaların (follow-up) həyata keçirilməsi; Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi, onların təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində təkliflərin hazırlanması; Aparılmış yoxlamaların nəticələri üzrə hesabatların hazırlanması, müəyyən edilmiş risklərin və tövsiyələrin aidiyyəti tərəflərə təqdim edilməsi. Tələblər: Təhsil: İqtisadiyyat, maliyyə, hüquq və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil (bakalavr və ya daha yüksək dərəcə). İş təcrübəsi: Daxili nəzarət, daxili audit, risklərin idarə edilməsi və ya əlaqəli sahələr üzrə minimum 1–3 il iş təcrübəsi. Bank və İnvestisiya şirkətlərində təcrübəsi olan namizədlərə üstünlük verilir. Peşəkar sertifikatlar: CIA, CFE və ya digər müvafiq beynəlxalq peşəkar sertifikatların mövcudluğu üstünlük hesab edilir. Xarici dil bilikləri: İngilis dili – yüksək səviyyədə; Rus dili – orta səviyyədə. Kompüter bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı, xüsusilə Microsoft Excel üzrə yaxşı səviyyədə biliklər. Peşəkar kompetensiyalar: Güclü analitik düşünmə, məlumatların təhlili və hesabatvermə bacarığı, effektiv yazılı və şifahi kommunikasiya, struktur bölmələri ilə koordinasiyalı işləmək bacarığı, problemlərin müəyyən edilməsi, münaqişələrin konstruktiv həlli və əsaslandırılmış təkliflərin hazırlanması bacarığı, detallara diqqət, obyektivlik, məxfilik və yüksək peşəkar etika prinsiplərinə riayət edilməsi, təşəbbüskarlıq, innovativ yanaşma və davamlı peşəkar inkişaf motivasiyası. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.