Vakansiya haqqında
“AZERA Holding” peşəkar komandasına İnsan Resursları üzrə Menecer vəzifəsi üzrə
təcrübəli, təşəbbüskar və peşəkar namizədləri dəvət edir.
Əsas vəzifə öhdəlikləri
Şirkətin insan resurslarının idarə edilməsi proseslərini təşkil etmək və
koordinasiya etmək;
HR strategiyasının, daxili prosedur və qaydaların
hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
İşçi
ehtiyaclarının müəyyənləşdirilməsi, vakansiyaların idarə edilməsi, namizədlərin seçimi və işə qəbul proseslərini
təşkil etmək;
Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr
inzibatçılığı və əmək münasibətlərinin düzgün idarə edilməsini təmin etmək;
Əmək müqavilələri, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr sənədlərinin
hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət etmək;
ƏMAS və digər
müvafiq elektron sistemlər üzərindən kadr əməliyyatlarının vaxtında və düzgün icrasını təmin
etmək;
Yeni əməkdaşların adaptasiya (onboarding) prosesini təşkil etmək
və izləmək;
Performans qiymətləndirmə, motivasiya və mükafatlandırma
sistemlərinin tətbiqində iştirak etmək;
Əməkdaşların təlim və inkişaf
ehtiyaclarını müəyyənləşdirmək, təlim planlarının hazırlanmasını və icrasını koordinasiya
etmək;
Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının
hazırlanması və yenilənməsində iştirak etmək;
Kadr məlumat bazasının
düzgün formalaşdırılmasını, yenilənməsini və məlumatların məxfiliyini təmin etmək;
Əməkhaqqı hesablanması üçün zəruri məlumatların hazırlanmasını və aidiyyəti struktur
bölmələrlə koordinasiyasını həyata keçirmək;
Əmək münasibətləri ilə bağlı
yaranan məsələlərin və mübahisələrin qanunvericiliyə uyğun həllində iştirak etmək;
HR göstəricilərini təhlil etmək, aylıq və dövri hesabatları hazırlayaraq rəhbərliyə təqdim
etmək;
HR proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və
effektivliyinin artırılması istiqamətində təkliflər hazırlamaq.
Vəzifəyə dair tələblər
Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi,
İqtisadiyyat, Maliyyə və ya müvafiq sahələr üzrə);
İnsan resurslarının
idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan
Respublikasının Əmək Məcəlləsi və müvafiq əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
Kadr inzibatçılığı, işə qəbul, performans idarəetməsi və əmək münasibətləri üzrə praktiki
təcrübə;
ƏMAS və digər elektron kadr sistemləri ilə işləmək
bacarığı;
MS Office proqramlarından, xüsusilə Excel-dən yüksək səviyyədə
istifadə bacarığı;
HR hesabatlarının hazırlanması və əsas HR
göstəricilərinin təhlili üzrə biliklər;
İngilis dili – B2, rus dili – B2
səviyyəsində bilik arzuolunandır.
Şəxsi keyfiyyətlər və
bacarıqlar
Liderlik və komanda ilə işləmək bacarığı;
Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Strateji yanaşma və təşəbbüskarlıq;
Yüksək
məsuliyyətlilik və detallara diqqət;
Məxfi məlumatlarla işləmək və
peşəkar etik prinsiplərə riayət etmək bacarığı;
Çoxşaxəli tapşırıqları və
prioritetləri effektiv idarə etmək;
Dinamik və yüksək iş tempinə
uyğunlaşmaq bacarığı.
İş qrafiki
Həftə içi 5 gün, saat 09:00–18:00;
Zərurət yarandıqda şənbə günü – yarım iş günü.
AZERA Holding-in peşəkar komandasının bir hissəsi olmaq və insan resurslarının idarə
edilməsi sahəsində inkişafımıza töhfə vermək istəyirsinizsə, CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə
Menecer” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
