Vakansiya haqqında
Caspian Environmental Laboratory (CEL) Bakı ofisi üçün Korporativ Satış üzrə Mütəxəssis
və Junior Mütəxəssis axtarır.
Ətraf mühit, labratoriya xidmətlərinin və laborator avadanlıqların korporativ müştərilərə
təqdim edilməsi və satışının inkişaf etdirilməsi istiqamətində çalışacaq ixtisaslı və müvafiq təcrübəyə malik
namizədlər axtarılır.
Əsas vəzifələr
Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi;
Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi;
Laboratoriya xidmətlərinin müştərilərə təqdim edilməsi;
Müştərilərlə görüşlərin keçirilməsi və kommersiya təkliflərinin
hazırlanması;
Satış hədəflərinin yerinə yetirilməsi;
Bazarın və potensial müştərilərin araşdırılması;
Satış prosesinin idarə olunması və müştəri münasibətlərinin qorunması.
Namizədə tələblər
Ali təhsil arzuolunandır;
Laborator
avadanlıqların və xidmətin satışı ilə bağlı B2B / korporativ satış sahəsində müvafiq iş təcrübəsi
mütləqdir;
Güclü ünsiyyət və danışıqlar aparmaq
bacarığı;
Satış və müştəri yönümlü düşüncə;
Satış hədəflərinə fokuslanmaq və nəticə əldə etmək bacarığı;
Məsuliyyətli, aktiv və təşəbbüskar olmaq;
MS Office
proqramlarında işləmə bacarığı;
Dil bilikləri:
Azərbaycan dili – sərbəst;
İngilis dili –
yüksək səviyyə;
Türk dili – yüksək səviyyə;
Rus dili – orta səviyyə.
Yuxarıdakı tələblər Satış Mütəxəssisi vəzifəsi üçün nəzərdə tutulub. Junior Mütəxəssis
vəzifəsi üçün daha az təcrübəyə malik, lakin satış sahəsində inkişaf etmək və nəticə göstərmək istəyən namizədlər də
nəzərdən keçirilə bilər.
Əmək haqqı və bonus
800–1400 AZN + bonus
Bonuslar əməkdaşın
müəyyən edilmiş satış hədəflərinə və real nəticələrinə uyğun olaraq hesablanır.
İş şəraiti
İş yeri: Bakı
Şirkət: Caspian
Environmental Laboratory (CEL)
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
