Vakansiya haqqında
Namizədə tələblər
İT Biznes Analitik (BA) vəzifəsində minimum 1 il iş təcrübəsi;
Biznes tələblərinin toplanması, təhlili və sənədləşdirilməsi üzrə bilik və
təcrübə;
BRD (Business Requirements Document) sənədinin hazırlanması
bacarığı;
Biznes proseslərinin təhlili və BPMN notasiya standartlarına
uyğun proses diaqramlarının hazırlanması bacarığı;
Funksional və
qeyri-funksional tələblərin müəyyənləşdirilməsi və sənədləşdirilməsi;
User Story və Acceptance Criteria hazırlanması üzrə biliklər;
Jira və Confluence kimi layihə idarəetmə və sənədləşdirmə alətləri ilə işləmə
bacarığı;
Agile/Scrum metodologiyası üzrə anlayış;
API və sistemlərarası inteqrasiya prinsipləri haqqında ilkin texniki
biliklər;
Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya
bacarıqları;
Komanda ilə işləmək və tapşırıqları müstəqil idarə etmək
bacarığı.
Vəzifə öhdəlikləri
Biznes tərəfdən daxil olan tələblərin toplanması, təhlili və
dəqiqləşdirilməsi;
Biznes tələbləri əsasında BRD sənədlərinin
hazırlanması və aktual saxlanılması;
Mövcud biznes proseslərinin
araşdırılması, təhlili və təkmilləşdirmə təkliflərinin hazırlanması;
Biznes proseslərinin BPMN diaqramları vasitəsilə modelləşdirilməsi;
Biznes tələblərinin funksional tapşırıqlara çevrilməsi və developer komandası üçün aydın
şəkildə sənədləşdirilməsi;
User Story, Acceptance Criteria və digər
zəruri analitik sənədlərin hazırlanması;
Biznes tərəf, layihə rəhbəri,
proqramçılar və test komandası arasında effektiv kommunikasiyanın təmin edilməsi;
Hazırlanmış funksionallığın biznes tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə ilkin
funksional testlərin həyata keçirilməsi;
İnkişaf prosesi zamanı yaranan
sualların cavablandırılması və tələblərin dəqiqləşdirilməsi;
Layihə üzrə
görüşlərdə, sprint planlama və digər Agile/Scrum proseslərində iştirak;
Tələblərdə baş verən dəyişikliklərin izlənilməsi və müvafiq sənədlərin
yenilənməsi.
Üstünlük hesab olunur
İT layihələrinin hazırlanması və tətbiqi proseslərində iştirak
təcrübəsi;
REST API və Postman ilə işləmə üzrə ilkin
biliklər;
İş şəraiti:
Həftəlik tam iş qrafiki – 09:00-18:00
Iş
yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
