Vakansiya haqqında
İşəgötürən:“GFC” MMC – KFC, Pizza Hut və Simit Sarayı
restoranları şəbəkəsi
Namizədə aid tələblər:
Ali və ya orta ixtisas təhsili;
Müvafiq
vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
Anbar uçotu, mal-materialların
hərəkəti və qaimələrlə iş üzrə bilik və praktiki bacarıqlar;
iiko
proqramı ilə işləmə bacarığı;
MS Excel və MS Outlook proqramlarında
işləmə bacarığı;
Diqqətlilik, dəqiqlik və yüksək
məsuliyyətlilik;
Komanda ilə işləmək və operativ ünsiyyət qurmaq
bacarığı.
Əsas vəzifə öhdəlikləri:
Anbardan filiallara göndərilən mallar üzrə qaimələrin faktiki qəbul məlumatları ilə
müqayisə edilməsi və yaranan fərqlərin müəyyənləşdirilməsi;
Filiallardan
daxil olan mal qəbulu məlumatlarının yoxlanılması və sistemdəki məlumatlarla müqayisə edilməsi;
Qaimə ilə faktiki qəbul arasında yaranan fərqlərin aidiyyəti şəxslərlə (anbar, sürücü və
filial əməkdaşları) dəqiqləşdirilməsi, səbəblərinin araşdırılması və nəticəyə uyğun tədbirlərin
görülməsi;
Məhsulların anbara mədaxil və məxaric əməliyyatlarının
izlənilməsi və uçotunun aparılması;
Çatışmayan, zədələnmiş və geri
qaytarılan mallar üzrə müvafiq sənədlərin yoxlanılması və sistem məlumatları ilə müqayisə
edilməsi;
Uyğunsuzluqların araşdırılması nəticəsinə əsasən iiko
proqramında müvafiq düzəlişlərin aparılması və sənədləşdirilməsi;
Anbar
və filiallar arasında mal-material hərəkəti üzrə məlumatların düzgünlüyünün yoxlanılması;
Mal-material hərəkəti üzrə sənədlərin düzgün rəsmiləşdirilməsinə və məlumatların sistemdə
vaxtında əks etdirilməsinə nəzarət edilməsi;
Açıq qaimələrin izlənilməsi,
gecikmələrin müəyyənləşdirilməsi və vaxtında yekunlaşdırılmasının təmin edilməsi;
Anbar qalıqlarına nəzarət edilməsi və dövri inventarizasiya prosesində iştirak
edilməsi;
Stok qalıqları və mal-material hərəkəti üzrə dövri hesabatların
hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Təkrarlanan uyğunsuzluqların
səbəblərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması ilə bağlı rəhbərliyə təkliflərin
verilməsi;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və
keyfiyyətli şəkildə yerinə yetirilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
İş yeri:
Xırdalan
Əmək haqqı: 900
AZN
Müasir idarəetmə sistemi və mehriban
kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar
Mühasibi” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
