Vakansiya haqqında
İşçilərimizin şirkət daxili karyera yüksəlişi əldə etmələri səbəbi ilə yaranmış
vakansiyalarımıza və Yeni açılacaq filiallarımız üçün komanda yoldaşları axtarışındayıq, bizimlə birgə sizlər də
dəyər yaratmaq istəyirsinizsə vakansiyaya müraciət edərək siz də Prime ailəsinin bir üzvü ola
bilərsiniz!
Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik
bir şirkətdir.
Hansı işləri görəcəksiniz:
Filiala daxil olan müştəriləri qarşılamaq, istəklərini öyrənmək və ona uyğun
məhsullar təklif etmək;
Kompaniyalar haqqında müştəriyə məlumat
vermək;
Satışı həyata keçirtmək;
Mağazadakı məhsullar haqqında məlumatlı olmaq, daim öyrənməyə və inkişafa meyil etmək,
şirkətin təşkil etdiyi təlim və treninqlərdə iştirak etmək
Hansı super gücləriniz olmalıdır:
İnandırma qabiliyyəti
Gülərüzlü,
ünsiyyətcil
Satış sahəsində iş təcrübəsi min. 2
il
Xarici dil bilgisi ( rus və ya ingilis dili danışıq səviyyəsində
)
Komandada işləmə bacarığına sahib
Nitq mədəniyyəti
22-30 yaş aralığı
namizədlər
Tələbələr üçün uyğun deyil
Biz sizə nələr təklif edirik:
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq
imkanı;
Şirkət daxili təlim və
inkişaf imkanları;
Karyera yüksəlişi
imkanı;
6 günlük növbəli qrafikdə iş rejimi (10:00-18:00, 12:00-20:00,
14:00-22:00)
Satış sahəsində nailiyyətlərə görə əmək haqqından
əlavə bonuslar.
Fix 450 Azn və faizdən ibarət əmək haqqı
sistemi
Bizim komandaya necə qoşula bilərsiniz:
Əgər siz də öz potensialınıza güvənir, satış sahəsində karyera qurub inkişaf etmək
istəyirsinizsə və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi
“Satış məsləhətçisi” başlığı iləMüraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
