Vakansiya haqqında
Təsvir
Bankın məhsul və xidmətlərinin yerli qanunvericiliyin, tənzimləyici orqanların
tələblərinin, beynəlxalq standartların və Bankdaxili siyasət və prosedurların tələblərinə uyğunluğunun
qiymətləndirilməsi və müvafiq rəylərin verilməsi;
Tənzimləyici
orqanlardan Banka daxil olan müraciət və tələblərin icrası üçün zəruri tədbirlərin görülməsi və icra prosesinin
izlənilməsi;
Təchizatçıların komplayens baxımından qiymətləndirilməsi
üçün zəruri sənədlərin toplanması, məlumatların təhlili və müvafiq yoxlama proseslərinin həyata
keçirilməsi;
Qanunvericilikdə və tənzimləyici orqanların tələblərində baş
verən dəyişikliklərin izlənilməsi, həmin dəyişikliklərin Bankın fəaliyyətinə təsirinin qiymətləndirilməsi və zəruri
tələblər barədə Bank əməkdaşlarının vaxtında məlumatlandırılmasının təmin edilməsi;
Bankdaxili proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsi zamanı qanunvericiliyin,
tənzimləyici orqanların tələblərinin və Bankdaxili normativ sənədlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi,
müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə rəy və təkliflərin verilməsi;
Rüşvətxorluq və korrupsiya ilə mübarizə, Maraqlar toqquşması və digər əlaqəli Komplayens üzrə
Bankdaxili siyasət və prosedurların Bankda tətbiqinin təmin edilməsi;
Maraq toqquşması hallarının müəyyən edilməsi, müvafiq risklərin qiymətləndirilməsi və bu
risklərin idarə edilməsi üzrə nəzarətin qurulması;
Bankdaxili proseslərin
qanunvericiliyin, tənzimləyici orqanların tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq hesabatların
hazırlanması;
Bankın struktur bölmələrinin fəaliyyətnin Komplayens
tələblərinə uyğunluğunun davamlı monitorinqinin həyata keçirilməsi;
İş
prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və lazımi addımların
atılması;
Komplayens funksiyasının fəaliyyətinin təkmilləşdirilməsi,
nəzarət mexanizmlərinin gücləndirilməsi və proseslərin optimallaşdırılması üzrə təkliflərin
verilməsi;
Biznes mərkəzlərindən və digər aidiyyəti struktur bölmələrdən
daxil olan Komplayens məsələləri üzrə sorğuların cavablandırılması və müvafiq dəstəyin
göstərilməsi;
Komplayens məsələləri üzrə təlimlərin təşkili və
keçirilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı
tapşırıqların icrası.
Tələblər
Təhsil: Hüquq, iqtisadiyyat və ya digər uyğun sahədə ali təhsil (Hüquq sahəsində
təhsili olan namizədlərə üstünlük verilir);
Tələb olunan iş təcrübəsi:
minimum 1 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, hüquq, risk və ya audit sahələrində (minimum birində)
təcrübənin olması);
Lisenziya / Sertifikat: Compliance, Hüquq, Risklər və
ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
Xarici
dillər: İngilis (səlis), rus (işlək);
Kompüter bilikləri: Microsoft
Office;
Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli yerli
qanunvericilik, Mərkəzi Bankın normativ hüquqi aktları, Banklarda Korporativ İdarəetmə Standartları və digər
aidiyyəti qanunvericilik və tələblər üzrə geniş biliklər.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
