Vakansiya haqqında
Təsvir
Hədəf auditoriyanın maraqlarına və şirkətin marketinq məqsədlərinə uyğun kontent
strategiyalarının hazırlanması və həyata keçirilməsi;
Veb-sayt, bloq,
sosial media, video və digər rəqəmsal platformalar üçün kreativ və cəlbedici məzmunun
hazırlanması;
Reklam mətnlərinin və sloqanların yazılması, redaktə
edilməsi, həmçinin rus və ingilis dillərinə adaptasiyası;
SEO tələblərinə
uyğun mətnlərin, bloq yazılarının və digər rəqəmsal məzmunun hazırlanması;
Şirkətin veb-saytının mövcud kontentinin təhlil edilməsi və təkmilləşdirilməsi üzrə
təkliflərin hazırlanması;
Kontentin vizual və məzmun baxımından
effektivliyini təmin etmək məqsədilə dizayn komandası ilə sıx əməkdaşlıq edilməsi;
Rəqiblərin rəqəmsal platformalardakı fəaliyyətinin və kontent strategiyalarının təhlil
edilməsi;
Kontent təqviminin (Content Calendar) hazırlanması və mütəmadi
idarə olunması, məzmunun müvafiq platformalarda vaxtında paylaşılmasının təmin edilməsi;
Kontent trendlərinin, auditoriya ehtiyaclarının və yeni texnoloji həllərin izlənilməsi,
onların kontent proseslərinə tətbiqi;
Hazırlanan məzmunun Azərbaycan
dilinin orfoqrafik, qrammatik və üslub normalarına uyğunluğunun təmin edilməsi.
Tələblər
Ali təhsil;
Kopiraytinq, kontent
yaradılması və ya rəqəmsal marketinq sahəsində (korporativ mühitdə və ya reklam agentliyində) minimum 3 il iş
təcrübəsi;
CMS platformaları ilə işləmək bacarığı;
Microsoft Office proqramları və SEO alətləri (Semrush və s.) ilə işləmək
bacarığı;
Azərbaycan dilində sərbəst və yüksək səviyyədə yazı və ünsiyyət
bacarığı;
İngilis dili – əla, rus dili – yaxşı
səviyyədə;
Süni intellekt alətlərindən kontent yaradılması və
optimallaşdırılması məqsədilə effektiv istifadə bacarığı;
Güclü yazılı
kommunikasiya, kreativ yanaşma və mətn redaktəsi bacarıqları;
Analitik
düşünmə, araşdırma və məlumatları təhlil etmə qabiliyyəti;
Operativlik,
dəqiqlik, məsuliyyətlilik və yüksək icraçılıq bacarığı;
Komanda ilə
işləmək və müxtəlif funksional istiqamətlərlə effektiv əməkdaşlıq etmək bacarığı;
Rəqəmsal texnologiyalar və kontent sahəsində yeniliklərdən xəbərdar olmaq
üstünlükdür.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
