Vakansiya haqqında
BALİQUE premium dəniz məhsulları şirkətidir. Komandamıza marketinq üzrə menecer
axtarırıq.
Vəzifə öhdəlikləri:
Aylıq və illik marketinq planını hazırlamaq: büdcə, kanallar (pərakəndə, korporativ,
HoReCa, onlayn, Wolt), gözlənilən satış nəticələri və KPI-lar.
Instagram,
TikTok, Facebook və YouTube üçün kontent strategiyasını qurmaq, satışa yönəlmiş kontent planı
hazırlamaq.
Sosial şəbəkə, reklam (Meta, TikTok), Wolt və sayt
statistikasını izləmək, əsas göstəriciləri hesablamaq: reklamın gəlirliliyi (ROAS), müştəri cəlbinin dəyəri (CAC),
konversiya, təkrar alış.
Meta və TikTok reklam kampaniyalarını idarə
etmək, nəticələrini ölçmək və optimallaşdırmaq.
Yeni mağazaların açılış
kampaniyalarını və tədbirlərini planlaşdırmaq.
Mövsümi və tematik
aksiyalar keçirmək (məsələn, «Fish Friday», ad günü kampaniyaları), endirim və promo materiallarını
hazırlamaq.
Google Maps, 2GIS və Wolt-da şirkətin onlayn reputasiyasını
idarə etmək, müştəri rəylərinin sayını artırmaq.
Dietoloq, aşpaz və
bloger əməkdaşlıqlarını təşkil etmək.
B2B üçün (otel və restoranlar)
təqdimat və marketinq materialları hazırlamaq.
Videoqraf və dizaynerlərin
işini istiqamətləndirmək, brend üslubuna nəzarət etmək.
Satış, müştəri və
kampaniya datalarını toplamaq və təhlil etmək: hansı kanal, məhsul və aksiyanın nəticə verdiyini müəyyən
etmək.
Müştəri seqmentləşdirməsi aparmaq və hədəfli kampaniyalar üçün
auditoriyalar müəyyən etmək.
Onlayn satış və mağaza komandası ilə birgə
kampaniyaların satışa təsirini təhlil etmək, aylıq marketinq hesabatlarını və dashboardları hazırlayıb rəhbərliyə
təqdim etmək, qərarları data əsasında təklif etmək.
Marketinq
fəaliyyətinin satışa çevrilməsini analitik olaraq əsaslandırmaq və ölçmək.
Tələblər:
Marketinq sahəsində ən azı 5 il təcrübə; qida, FMCG, pərakəndə və ya HoReCa
sahəsində təcrübə üstünlükdür.
Meta Ads Manager və TikTok Ads ilə
praktiki iş təcrübəsi.
Marketinq büdcəsini idarə etmək, nəticəni
rəqəmlərlə ölçmək və təhlil etmək bacarığı.
Data analitikası bacarığı:
Excel və ya Google Sheets-də hesabat və pivot cədvəllər; Meta Ads Manager, TikTok Analytics, Google Analytics
hesabatlarını oxumaq və şərh etmək.
Power BI və ya Looker Studio ilə
dashboard hazırlamaq təcrübəsi üstünlükdür.
Kontent planlaşdırması və
vizual estetika hissi; premium brendlə işləmək təcrübəsi üstünlükdür.
Azərbaycan dilini sərbəst bilmək.
Canva, CapCut və
ya oxşar proqramlarla işləmək bacarığı.
Təşəbbüskarlıq, nəticəyə
yönümlülük, komanda ilə işləmək bacarığı.
Rus və ingilis dillərini bilmək
üstünlükdür.
İş şəraiti:
Əmək haqqı: 1200 AZN-dən başlayır + bonus (KPI nəticəsinə əsasən). Namizədin bilik
və bacarıqlarına uyğun olaraq daha yüksək əmək haqqı nəzərdə tutulur.
İş
qrafiki: həftədə 5 gün, 09:00–18:00
Rəsmi əmək
müqaviləsi
Böyüyən premium brenddə işləmək imkanı
Namizədlərin nəzərinə!
Müsahibəyə dəvət olunan namizədlərdən xahiş edirik:
şirkətin sosial şəbəkə səhifələrini və saytını incələsinlər;
BALİQUE brendi üçün SWOT təhlili aparsınlar və təhlildə istifadə etdikləri əsas göstəriciləri
və ya datanı qeyd etsinlər;
marketinq təkliflərini qısa draft formasında
hazırlayıb müsahibəyə gətirsinlər.
Müsahibə zamanı namizədlərə praktiki tapşırıq (task testi) da veriləcək.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
CV-niziMarketinq üzrə menecer başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərin.
Əlaqə: 010 265 45 48
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
