Vakansiya haqqında
Vəzifə
öhdəlikləri
Bankın mövcud internet bankçılıq xidmətinin funksional və texniki baxımdan ətraflı
təhlilini aparmaq.
Mövcud internet bankçılıq xidmətində istifadə olunan
servisləri, onların iş prinsiplərini, asılılıqlarını və inteqrasiya mexanizmlərini araşdırmaq.
Servislərə göndərilən sorğuların (request) strukturunu, tələb olunan input parametrlərini,
məlumat formatlarını və cavabların (response) strukturunu təhlil etmək.
Servislərin uğurlu icrası zamanı əldə edilən request və response nümunələrini toplamaq, təhlil
etmək və texniki sənədləşdirməsini həyata keçirmək.
Servislərin
funksional davranışını, biznes məntiqini, məlumat axınlarını və mümkün xəta ssenarilərini müəyyənləşdirmək və
sənədləşdirmək.
Mövcud internet bankçılıq xidmətinin təhlili əsasında
yenilənəcək sistem üçün funksional tələbləri və texniki spesifikasiyaları hazırlamaq.
Yeni internet bankçılıq xidmətinin hazırlanması prosesində biznes, texniki və proqram
təminatının hazırlanması komandaları arasında koordinasiyanı təmin etmək.
Hazırlanmış funksionallıqlar üzrə test ssenarilərini və test case-ləri tərtib etmək,
funksional testləri icra etmək.
Sistemin gözlənilən nəticələrə uyğun
işləməsini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqları və xətaları sənədləşdirmək.
Aşkar edilmiş problemləri aidiyyəti üzrə texniki komandalara yönləndirmək, onların aradan
qaldırılmasını izləmək və təkrar testləri həyata keçirmək.
Funksional
tələblərin, texniki sənədlərin və test nəticələrinin aktuallığını təmin etmək, zəruri hallarda sənədləri
yeniləmək.
Yeni sistemin funksionallıqlarının mövcud sistemin biznes
məntiqinə və bankın daxili tələblərinə uyğunluğunu yoxlamaq.
İlkin mərhələdə hazırlanacaq aşağıdakı funksionallıqlar üzrə tələblərin təhlilini və test
prosesini həyata keçirmək:
Login və autentifikasiya
Hesabların
görüntülənməsi və izlənilməsi
Pul köçürmələri
(transferlər)
Əməliyyatların təsdiqlənməsi
Əsas tələb olunan bilik və
bacarıqlar
Biznes analizi və funksional tələblərin hazırlanması üzrə
biliklər.
REST API və HTTP protokolları, request/response strukturları
ilə işləmək bacarığı.
JSON və XML məlumat formatları üzrə
biliklər.
Postman və ya oxşar API test alətlərindən istifadə
təcrübəsi.
API sənədləşdirilməsi və texniki spesifikasiyaların
hazırlanması bacarığı.
Test ssenarilərinin və test case-lərin
hazırlanması, funksional testlərin icrası üzrə biliklər.
SQL və
verilənlər bazası sorğuları üzrə biliklərin olması üstünlükdür.
Bank
məhsulları, internet bankçılıq və maliyyə əməliyyatları üzrə təcrübə üstünlükdür.
Analitik düşünmə, detallara diqqət və texniki komandalarla effektiv kommunikasiya
bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt
ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
