Vakansiya haqqında
Əsas Vəzifə və Öhdəliklər:
Biznes tələblərinin toplanılması, təhlili və sənədləşdirilməsi;
Biznes proseslərin xəritələşdirilməsi və modelləşdirilməsi (BPMN, UML
vasitəsilə);
Biznes komandası və İT (developer/QA) komandaları arasında
effektiv əlaqənin qurulması və tərcüməçi rolu oynanılması;
Hazırlanmış
funksionallıqların biznes tələblərinə uyğunluğunun yoxlanılması (UAT - İstifadəçi Qəbul Testlərində
iştirak);
Layihənin idarə edilməsi alətlərində (məs. Jira, Confluence)
tapşırıqların yaradılması və statuslarının izlənilməsi;
Komanda daxilində
keçirilən gündəlik (Daily), planlama (Planning) və retrospektiv görüşlərdə fəal iştirak.
Namizədə Olan Tələblər:
Təhsil: Ali təhsil (İnformasiya Texnologiyaları, İqtisadiyyat,
Biznesin İdarə Edilməsi, Riyaziyyat, Statistika və ya Mühəndislik ixtisasları üzrə);
Təcrübə: 1 il;
Nəzəri
Biliklər: Proqram Təminatının İnkişaf Dövrü (SDLC), Agile/Scrum və Waterfall metodologiyaları haqqında
möhkəm baza bilikləri;
Verilənlər Bazası (SQL): SQL üzrə
inamlı praktiki biliklərə sahib olmaq (müntəzəm olaraq SELECT, JOIN, WHERE, GROUP BY kimi sorğuları müstəqil yaza
bilmək, cədvəlləri birləşdirə bilmək və bazadan lazımi analitik məlumatları çıxara bilmək);
API və Sistem İnteqrasiyası: API-lərin (xüsusilə REST arxitekturası və JSON
formatı) işləmə prinsiplərini dərindən başa düşmək. Sistemlərarası əlaqəni yoxlamaq və sənədləşdirmək üçün
Postman (və ya oxşar API test alətləri) ilə sərbəst və praktik işləyə bilmək;
UI/UX Prinsipləri: İstifadəçi interfeysi və təcrübəsi (UI/UX) dizaynının əsas
qaydalarına və standartlarına bələd olmaq. Dizaynerlərlə (məsələn, Figma üzərindən) effektiv işləmək, maketləri
(wireframes/mockups) texniki və biznes məntiqi baxımından qiymətləndirə bilmək;
Sahəvi (Domain) Biliklər:Maliyyə / Bankçılıq / E-ticarət /
sahəsinin əsas biznes prosesləri, qaydaları və spesifik terminologiyası haqqında baza biliklərinə malik
olmaq;
Alətlər: MS Office (xüsusilə Excel-in qabaqcıl
funksiyaları) proqramlarını əla bilmək. Jira, Confluence, Draw.io/Visio kimi alətlərlə gündəlik iş səviyyəsində
işləyə bilmək;
Dillər: Azərbaycan dilini mükəmməl,
İngilis dilini isə texniki ədəbiyyatı, API dokumentasiyalarını oxuyacaq və xarici komandalarla ünsiyyət quracaq
səviyyədə (A2+) bilmək;
Şəxsi keyfiyyətlər: Güclü
analitik və məntiqi düşüncə, detala diqqət, yüksək ünsiyyət bacarığı və mürəkkəb biznes problemlərini İT dilinə
tərcümə etmə bacarığı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
