Vakansiya haqqında
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxana və
istehsalat xidmətinətornaçıaxtarırıq!
Namizəd metal emalı üzrə torna işlərini texnoloji prosesə və normativ tələblərə uyğun
şəkildə yerinə yetirməli, dəzgahın düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, detalların
ölçü-dəqiqliyinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək
məsuliyyətlə icra etməlidir.
Sizi hansı öhdəliklər gözləyir?
Tornalama işlərini (detalların emalı, yonma, kəsmə, yiv açma və s.) texnoloji xəritə
və çertyoj tələblərinə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
Torna
dəzgahını işə hazırlamaq (sazlama, alətlərin düzgün seçilməsi və bərkidilməsi), işlək vəziyyətdə saxlanılmasını
təmin etmək;
Emal olunan detalların ölçü və keyfiyyət göstəricilərinə
nəzarət etmək, ölçmə alətləri ilə (şubler, mikrometr və s.) yoxlama aparmaq;
İstehsalat təhlükəsizliyi qaydalarına riayət etmək, dəzgahın təhlükəsiz istismarını təmin
etmək və yarana biləcək nasazlıq/insidentlərə operativ reaksiya vermək;
İş prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material
çatışmazlıqları barədə vaxtında aidiyyəti üzrə məlumat vermək;
Təsdiq
olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş
fəaliyyətini icra etmək.
Namizədlərdən tələblərimiz
25–45 yaş aralığında olmalı
Müvafiq sahə
üzrə peşə təhsili və ya tornaçı ixtisası üzrə hazırlıq/sertifikat olmalı;
Tornaçı peşəsi üzrə ən azı 3 il iş stajı olmalı;
Torna dəzgahlarında işləmə təcrübəsi olmalı, çertyoj oxumağı və ölçü alətləri (şubler,
mikrometr və s.) ilə işləməyi bacarmalı;
Texnoloji ardıcıllığa,
istehsalat intizamına və əməyin mühafizəsi/təhlükəsizlik qaydalarına ciddi riayət etməli;
Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada
işləmək bacarığı olmalı.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar
komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz
istifadə imkanı;
Güzəştli nahar təminatı;
“Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda
güzəştli istirahət imkan;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.azportalında qeydiyyatdan keçərək müvafiq
vakansiya linki iləhttps://hr.metro.gov.az/vacancy/5688müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
