Vakansiya haqqında
"Veysəloğlu" MMC İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğunda, "Təftiş üzrə
Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş şəraiti
İş yeri: Salyan ofisi
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Vəzifə öhdəlikləri:
Bu təlimat mütəxəssisin vəzifə səlahiyyətlərini, öhdəlik və məsuliyyətini müəyyən
edir.
İş fəaliyyətini AR Qanunvericiliyi, Daxili Nəzarət Departamenti-nin
Əsasnaməsi, Daxili Nəzarət Departamenti-nin rəhbərliyinin əmr və tapşırıqları, eyni zamanda digər normativ-hüquqi
aktlarına əsasən təşkil edir.
Xidməti təminatında olan strukturlarda
həyata keçirdiyi iş fəaliyyəti barədə günlük, həftəlik və aylıq hesabatlar hazırlayır.
Daxili Nəzarət Departamenti -nin ayrı-ayrı strukturları, zərurət yarandıqda isə "Veysəloğlu"
MMC-yə daxil olan digər strukturlar ilə koordinasiyalı iş təşkil edir.
Xidməti təminat apardığı strukturlardan daxil olmuş məlumatları icraatına qəbul edir, təyin
edilmiş müddətdə araşdırma aparır və yekun nəticələr barədə üst rəhbərini yazılı və ya şifahi qaydada
məlumatlandırır.
Tərtib edilmiş aylıq plan və üst rəhbərlərin göstərişinə
əsasən, xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləyir,
epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirir, zərurət yarandıqda bazar araşdırması aparır, xidməti
təqdimatlar göndərir, həmçinin Daxili Nəzarət Departamenti -nin rəhbərliyi qarşısında yeni layihə və təkliflərlə
çıxış edir.
Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti
təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən edir, onların yaranmasına səbəb olan amillərin aradan
qaldırılması, habelə qabaqlanması məqsədilə zəruri tədbirlər həyata keçirir.
Daxili Nəzarət Departamenti və digər strukturların fəaliyyətlərinə dair təsdiq edilmiş daxili
siyasət, qayda və tələblərin tətbiqi və onların icrasına nəzarətin təmin edilməsi;
Şirkətə daxil olan strukturların və əməkdaşların xidməti fəaliyyətini tənzimləyən
“normativ-hüquqi” və “təşkilati-sərəncamverici” sənədlərlə nəzərdə tutulmuş xidməti vəzifə, funksiya və
səlahiyyətlərinin, onlar tərəfindən qanunvericiliyə və daxili qaydalara uyğun olaraq yerinə yetirilməsi vəziyyətinin
müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədi ilə operativ yoxlama təftiş qaydasında şirkətin aidiyyatı
strukturlarında müntəzəm qəfil monitorinqlərin və təftiş yoxlamalarının aparılmasına nəzarətin təmin
edilməsi;
Mümkün maliyyə risklərinin və itgilərinin qarşısının alınması
məqsədi ilə şirkətin fəaliyyət istiqamətlərindən asılı olaraq əmək, material və maliyyə ehtiyatlarının təsdiq
edilmiş normalara, normativlərə və smetalara uyğun olaraq düzgün istifadə edilməsinə və həmçinin onların müvafiq
uçot hesablarında düzgün əks etdirilməsinə nəzarətin təmin edilməsi;
Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə
düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövrü olaraq inventariazsiya və təftiş yoxlamalarının
aparılmasına nəzarəti təmin edir;
Şirkətin obyektləri üzrə maddi məsul
şəxslərə etibar edilmiş pul vəsaitlərinin, xammal və mal-material qiymətlilərinin, ticari malların qalıqları, əsas
vəsaitlər və daxili sərf malları üzrə zərurət olduğu hallarda və mütəmadi olaraq dövrü inventarizasiya və təftiş
yoxlamalarının həyata keçirilməsinə, müştərilər və tədarükçülərlə aparılan təsərrüfat - maliyyə əməliyyatları və
qarşılıqlı hesablaşmalar nəticəsində yaranmış debitor və kreditor borc qalıqlarının nəzarət qaydasında qəfil sənədli
təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin edir;
Şirkətin struktur
bölmələrində nağd pul vəsaitlərinin, mövcud mal-materialların, həmçinin satılmaq üçün nəzərdə tutulmuş ticari
malların planlı və ya qəfil qaydada inventarizasiyasının həyata keçirilməsini, buna dair məsul şəxslərin imzası ilə
müvafiq aktların tərtib edilməsini, habelə əvvəlki dövrlər üçün anbar, satış nöqtələri və ya istehsalat sahələrində
aparılmış inventarizasiya nəticələrinin yoxlanılmasını təşkil etmək, zəruri düzəlişlərin edilməsi üçün aidiyyəti
strukturları yazılı şəkildə məlumatlandırmaq;
Mal və materialların
alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və
mənafeyinə uyğunluğunun yoxlanılması və ehtimal olunan risklərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər
təşkil etmək, eləcədə uyğun əlavə və ya dəyişiklər barədə hesabat verdiyi instansiyaya təkliflər irəli
sürmək;
Şirkətin balans hesablarında mövcud olan carilər və əməkdaşlar
üzrə yaranmış şübhəli, ümidsiz və iddia müddəti keçmiş debitor və kreditor borclarının inventarizasiyasının və
təftiş yoxlamasının aparılaraq, nəticələrin araşdırılıb yaranma səbəblərinin və səbəbkarların müəyyən edilməsini
təmin edir;
Şirkətin obyektlərində istismar müddəti bitmiş əsas vəsaitlər
və inventarlar, əmtəə görünüşünü itirmiş və satış müddəti keçmiş ticari mallar, ümidsiz və iddia müddəti keçmiş
debitor və kreditor borcları və s. səbəblərdən maddi məsul şəxslərin hesabından uçotdan silinməsinə dair
əməliyyatların mütəmadi olaraq monitorinq edilməsinə və zərurət olduğu hallarda yoxlanılmasına nəzarətin təmin
edilməsi;
Monitorinq və yoxlamalar nəticəsində mal material
qiymətlilərinin satış və istehlak tələbatına uyğun sifariş verilməməsi nəticəsində baş vermiş saxlama müddəti
keçmələrin, standartlara uyğun qaydalara və saxlama şəraitinə düzgün əməl edilməməsi nəticəsində aşkar olunmuş zay
və ya xarab olmaların və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar və itkilər də daxil olmaqla)
səbəblərinin araşdırılmaqla, təqsirkar və məsul şəxslərin fəaliyyətinin təftiş edilməsinin təmin
edilməsi;
Yoxlama, monitorinq və araşdırma nəticəsində müəyyən edilmiş
neqativ fakt və çatışmazlıqlar barədə Operativ Yoxlama Təftiş bölmə müdirinə məlumat verilməklə, yoxlanılan bölmə və
ya əməkdaşın rəhbərinə tələbnamə, təqdimat, xidməti məktub və təkliflər göndərir.
Şirkətdə inventarizasiya və təftiş yoxlamalarının aparılmasını və nəticələrin Azərbaycan
Respublikası «Mühasibat uçotu haqqında» Qanunun və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17
nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmlak və öhdəliklərin inventarizasiyası” qaydasının
tələblərinə uyğun olaraq sənədləşdirilməsinə nəzarətin təmin edilməsi;
Vəzifə funksiyalarının icrası ilə əlaqədar, yoxlanılan struktur və bölmələrdən zəruri
məlumatları özündə əks etdirən sənədləri, arayışları, hesabatları tələb etmək, xidməti zərurətlə əlaqədar yoxlanılan
struktur bölmələrinin yerləşdiyi inzibati binalara, iş yerlərinə maneəsiz daxil olmaq, Şirkətin istifadəsində olan
nəzarət kameralarına baxış keçirmək, zəruri görüntüləri əldə etmək və digər nəzarət tədbirlərinin görülməsi üçün
müvafiq təşkilati tədbirlər həyata keçirmək;
Şirkətin mənafeyini qorumaq,
baş verə biləcək qanun pozuntusunun qarşısını almaq məqsədi ilə strukturların əməkdaşlarının, məsul və maddi məsul
şəxslərinin müvəqqəti işdən kənarlaşdırılması, həmçinin onlara verilmiş səlahiyyət və yetkilərin dayandırılması
barədə aidiyyatı struktur rəhbərliyinə təqdimatlar vermək;
Şirkətin
obyektlərində aparılmış təftiş və inventarizasiya yoxlamaları nəticəsində aşkar olunmuş israfçılıq, uçotdan
gizlətmə, mənimsəmə, oğurluq, xarabolma və digər neqativ hallara görə maddi məsul şəxslərin hesablarında müəyyən
edilmiş məbləğlərə görə şirkətə vurulmuş maddi ziyan məbləğlərinin, aidiyyatı strukturlarla birgə həmin maddi məsul
şəxslərdən könüllü tutulub, şirkətin hesabına bərpa etdirilməsinin təmin edilməsi;
Mümkün maliyyə risklərinin müəyyən edilməsi və idarəedilməsi məqsədi ilə yoxlama apardığı
struktur bölmələrində neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amillərin aradan qaldırılması,
habelə onların qarşısının alınması məqsədi ilə şirkətin aidiyyatı struktur rəhbərləri ilə birgə zəruri təşkilati və
inzibati tədbirlərin görülməsini təmin etmək;
Şirkətin struktur
bölmələrində aparılmış inventarizasiya və təftiş yoxlamaların nəticələrinə dair dövrü və illik hesabatları
hazırlayaraq, Daxili Nəzarət Departamenti müdirinə təqdim edilməsini təmin etmək;
Departamentin ayrı-ayrı bölmələri ilə birgə koordinasiyalı işin təşkil edilməsi istiqamətində
müvafiq tədbirlər həyata keçirmək;
Daxili Nəzarət Departamenti-də təcrübə
müddəti keçən əməkdaşların təlimində, həmçinin mütəxəssislərin iş fəaliyyətinin keyfiyyətinin artırılmasında aktiv
iştirak etmək.
Daxili Nəzarət Departamenti - nin Əsasnaməsi ilə nəzərdə
tutulmuş digər funksiya və öhdəliklər .
Tələblər:
Şəxsi maşını olması mütləqdir;
Riyazi
biliklərə və analitik düşünmə qabiliyyətinə malik olmalı;
MS Ofis
proqramlarından istifadə bacarıqları;
SAP proqramında işləmək
bacarığı;
Müştərilərlə ünsiyyət qurmağı bacarmalı.
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ödənişi.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təftiş üzrə Mütəxəssis” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına və yahttps://karyera.veyseloglu.az/saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
