Vakansiya haqqında
Grinco MMC korporativ satış proseslərinin operativ
və sistemli şəkildə idarə olunması üçün Satış üzrə koordinator vəzifəsinə məsuliyyətli, çevik və nəticəyönümlü
əməkdaş axtarır.
Bu vəzifənin əsas məqsədi daxil olan müştəri
sorğularının qeydiyyatı, kommersiya təkliflərinin hazırlanması, satış prosesinin izlənilməsi və sifarişlərin
vaxtında icrası üçün şirkətdaxili koordinasiyanın təmin edilməsidir.
Vəzifə
öhdəlikləri
Mövcud və potensial korporativ müştərilərdən
daxil olan sorğuların qəbul edilməsi və qeydiyyata alınması;
Müştəri tələblərinin dəqiqləşdirilməsi;
Qiymət və kommersiya təkliflərinin hazırlanması və
göndərilməsi;
Göndərilmiş
təkliflərin izlənilməsi və müştərilərdən geri dönüşlərin alınması;
Aktiv sorğu, təklif və sifarişlərin statuslarının daim
nəzarətdə saxlanılması;
Təchizat, xarici satınalma, anbar, logistika və maliyyə şöbələri ilə
koordinasiyanın aparılması;
Məhsullar üzrə qiymət, stok, çatdırılma müddəti və texniki məlumatların
toplanması;
Təsdiqlənmiş
sifarişlərin sifariş mərhələsindən təhvil-təslimədək izlənilməsi;
Müştərilərlə telefon və e-mail vasitəsilə peşəkar
işgüzar ünsiyyətin aparılması;
Müqavilə, sifariş, hesab, akt və digər satış sənədlərinin hazırlanmasına
dəstək;
Müştəri və satış
məlumatlarının CRM/ERP sistemində yenilənməsi;
Cavabsız və gecikən sorğuların vaxtında müəyyən edilməsi və
izlənilməsi;
Həftəlik və
aylıq satış hesabatlarının hazırlanması;
Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın qorunmasına dəstək
göstərilməsi.
Namizədə
tələblər
Ali təhsil;
Satış, satış dəstəyi, korporativ satış və ya müştəri
xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür;
MS Excel, Word və Outlook proqramlarında işləmə
bacarığı;
CRM və ERP
sistemlərində iş təcrübəsi üstünlükdür;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət
bacarığı; rus dili biliyi
üstünlükdür;
Kommersiya
təklifləri və işgüzar yazışmalar hazırlamaq bacarığı;
Eyni zamanda bir neçə sorğu və tapşırığı idarə etmək
bacarığı;
Yüksək
məsuliyyət, operativlik və təşkilatçılıq;
Güclü kommunikasiya və koordinasiya bacarığı;
Nəticəyönümlü və təşəbbüskar
olmaq.
Bizim üçün ideal
namizəd
Sorğunu sadəcə digər şöbəyə ötürən deyil,
prosesi sonadək izləyən, müştərini cavabsız saxlamayan, gecikmələri vaxtında müəyyən edən və hər bir satış imkanının
nəticəsini nəzarətdə saxlayan əməkdaş.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Xətai rayonu — Nobel
Hotel-in yanı
İş qrafiki:
Bazar ertəsi – Cümə, həftədə 5 gün
İş saatı: 08:30 – 17:30
Əmək haqqı: 600 AZN NET + satış nəticələrinə əsaslanan
bonus
Uyğun namizədlər CV-lərini e-mailin mövzu
hissəsində “Satış üzrə koordinator” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə
növbəti mərhələ üçün əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
