Vakansiya haqqında
Təsvir
Təmir-tikinti işlərinin gedişatına nəzarət etmək məqsədilə tikinti sahələrinə
mütəmadi səfərlər həyata keçirmək, görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq və nəticələr
üzrə yazılı rəy hazırlamaq.
Smeta sənədləri ilə Forma 2 hesabatlarını
müqayisə etmək, görülmüş işlərin həcmini və dəyərini yoxlamaq, aşkar edilmiş fərqləri təhlil
etmək.
İcra olunmuş təmir-tikinti işlərini yerində yoxlamaq və inşaat
mühəndislərindən təhvil almaq, müəyyən edilmiş uyğunsuzluqlar üzrə qüsur aktlarını tərtib
etmək.
Təmir-tikinti işləri zamanı aşkar edilən texniki uyğunsuzluqlar və
çatışmazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, onların aradan qaldırılması prosesini
izləmək.
Təmir-tikinti proseslərinin gedişatı, görülmüş işlərin
nəticələri və aşkar edilmiş uyğunsuzluqlar üzrə mütəmadi hesabatlar hazırlamaq və Təmir-tikintiyə nəzarət üzrə Baş
mühəndisə təqdim etmək.
Təmir-tikintiyə nəzarət üzrə Baş mühəndisin
tapşırıqlarını müəyyən edilmiş müddətlərdə və müvafiq texniki tələblərə uyğun şəkildə yerinə
yetirmək.
Tələblər
İnşaat mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
Təmir-tikinti işləri və tikinti proseslərinə nəzarət sahəsində iş
təcrübəsi;
Smeta sənədləri və Forma 2 hesabatları ilə işləmək
bacarığı;
Tikinti norma və qaydaları, texniki standartlar və layihə
sənədləri üzrə biliklər;
Görülmüş işlərin həcmini və keyfiyyətini
qiymətləndirmək, texniki uyğunsuzluqları müəyyən etmək bacarığı;
Microsoft Excel və digər ofis proqramları ilə işləmək bacarığı;
Texniki sənədlərin hazırlanması, hesabatların tərtib edilməsi və yazılı rəy verilməsi
bacarığı;
Analitik düşünmə, diqqətlilik və detallara həssas
yanaşma;
Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək
bacarığı;
Tikinti sahələrinə mütəmadi səfərlər etmək
imkanı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Yanacaq və Amortizasiya
xərcləri
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
