Vakansiya haqqında
Rəhbərin gündəlik fəaliyyətinin operativ və səmərəli təşkilini, görüş və qəbullarının
koordinasiyasını, rəsmi yazışmaların və sənəd dövriyyəsinin həyata keçirilməsini təmin edəcək Ofis Meneceri / Katibə
vəzifəsinə xanım namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Rəhbərin gündəlik iş qrafikinin, görüşlərinin və qəbulunun
təşkili;
Rəhbərin telefon zənglərinin, elektron və rəsmi yazışmalarının
idarə edilməsi;
Rəhbərin qəbuluna gələn şəxslərin qarşılanması və
görüşlərin koordinasiyası;
Rəsmi məktubların, sənədlərin və yazışmaların
hazırlanması;
Sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və sənəd
dövriyyəsinin aparılması;
Görüş, iclas və rəsmi qəbulların təşkilati
işlərinin həyata keçirilməsi;
Ofisin gündəlik inzibati fəaliyyətinin və
işgüzar mühitinin təmin edilməsi;
Rəhbərliyin gündəlik tapşırıqlarının
operativ şəkildə icra edilməsi;
Ofisə gələn qonaqların qarşılanması və
onların qəbulunun yüksək səviyyədə təşkil olunması;
Ofisdə gündəlik
təşkilati məsələlərin və qonaqların ehtiyaclarının operativ şəkildə təmin edilməsi
Tələblər
Ali təhsil;
Ofis meneceri, katibə,
administrator, rəhbər köməkçisi və ya assistent vəzifəsində iş təcrübəsi;
Azərbaycan dilində səlis və düzgün yazılı və şifahi
nitq;
Rus dilini yaxşı səviyyədə
bilmək;
İngilis dilini bilmək
üstünlükdür;
Azərbaycan və rus dillərində rəsmi yazışma aparmaq
bacarığı;
MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək
bacarığı;
Elektron sənədləşmə və sənəd dövriyyəsi üzrə
bacarıqlar;
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Nəzakətli, səliqəli və işgüzar görünüş;
Punktuallıq, operativlik və yüksək məsuliyyət;
Məxfi və xidməti məlumatlarla işləmə bacarığı;
Eyni zamanda bir neçə tapşırığı idarə etmək və gərgin iş rejimində işləmək
bacarığı.
Şəxsi və peşəkar keyfiyyətlər
Rəhbərlə birbaşa işləyəcək namizəd üçün yüksək ünsiyyət mədəniyyəti, güclü dil bilikləri,
səliqəli və işgüzar görünüş, operativlik və məxfilik prinsiplərinə ciddi riayət əsas meyarlardır.
Güclü təşkilatçılıq və koordinasiya bacarığı;
Operativlik və çevik qərarvermə bacarığı;
Nəzakətli
və peşəkar davranış;
Rəhbərlə birbaşa və effektiv işləmək
bacarığı;
Yüksək kommunikasiya və təqdimat bacarığı;
İşgüzar etika və məxfilik prinsiplərinə riayət;
Dinamik iş mühitində çevik və məsuliyyətli işləmək bacarığı.
Tələblərə cavab verən namizədlər CV-ləriniMüraciət et düyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərlər.
E-mailin mövzu (subject) sətrində “Rəhbərin Ofis Meneceri / Katibə” qeyd
olunması mütləqdir.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
