Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Müəssisədə mühasibat uçotunun Azərbaycan Respublikasının Vergi Məcəlləsinə,
Mühasibat uçotu haqqında Qanuna və digər normativ-hüquqi aktlara uyğun təşkilini və aparılmasını təmin
etmək;
Müəssisənin gəlir və xərclərinin, pul vəsaitlərinin, debitor və
kreditor borclarının, əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər maliyyə əməliyyatlarının düzgün uçotunu
həyata keçirmək;
Vergi, sosial sığorta, işsizlikdən sığorta və icbari
tibbi sığorta üzrə öhdəliklərin düzgün hesablanmasını, bəyan edilməsini və vaxtında ödənilməsini təmin
etmək;
Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri, mükafatlar,
kompensasiyalar və digər əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək;
Vergi bəyannamələrinin, statistik hesabatların və digər məcburi maliyyə hesabatlarının
qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq, maliyyə nəticələrini təhlil etmək və
rəhbərliyə təqdim etmək;
Bank əməliyyatlarına, kassa əməliyyatlarına,
ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət etmək;
Pasiyent xidmətləri üzrə daxilolmaların, tibbi xidmətlərdən əldə edilən gəlirlərin, sığorta
şirkətləri və korporativ müştərilərlə hesablaşmaların düzgün uçotunu təmin etmək;
Təchizatçılar, podratçılar, sığorta şirkətləri və digər tərəfdaşlarla qarşılıqlı
hesablaşmaların aparılmasına və üzləşmə aktlarının hazırlanmasına nəzarət etmək;
Müəssisədə inventarizasiyanın təşkili, maliyyə sənədlərinin düzgün rəsmiləşdirilməsi və ilkin
uçot sənədlərinin qorunmasını təmin etmək;
Vergi və digər dövlət
orqanları tərəfindən keçirilən yoxlamalar zamanı tələb olunan maliyyə və mühasibat sənədlərini hazırlamaq və təqdim
etmək;
Daxili maliyyə nəzarətini gücləndirmək, maliyyə risklərini müəyyən
etmək və onların qarşısının alınması üçün rəhbərliyə təkliflər vermək;
Mühasibatlıq fəaliyyətinin səmərəliliyini artırmaq və uçot proseslərinin təkmilləşdirilməsi
istiqamətində tədbirlər həyata keçirmək.
Namizədə dair tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Baş mühasib və ya mühasibatlıq sahəsində rəhbər vəzifədə minimum 5 il iş
təcrübəsi;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun verilmiş,
qüvvədə olan Peşəkar mühasib sertifikatının (PMS) olması;
Azərbaycan
Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini, Mühasibat uçotu haqqında Qanunu və müvafiq normativ-hüquqi
aktları mükəmməl bilmək;
Vergi hesabatlarının, maliyyə hesabatlarının və
əməkhaqqı hesablamalarının hazırlanması üzrə praktiki təcrübə;
Elektron
vergi sistemi, e-taxes, e-gov, bank və digər müvafiq elektron portallarla işləmək bacarığı;
1C mühasibatlıq proqramı və MS Excel üzrə yüksək səviyyədə bilik;
Maliyyə təhlili, büdcələşdirmə və vergi planlaşdırılması bacarıqları;
Dəqiqlik, məsuliyyətlilik, analitik düşünmə və operativ qərarvermə
qabiliyyəti;
Komanda idarəetmə və rəhbərliklə effektiv kommunikasiya
bacarığı.
İş şərtləri:
İş qrafiki: Həftənin 5 günü:
Əmək haqqı:
2500-3000 azn.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini emailin mövzu hissəsinə “Baş
mühasib” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına
göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
