Vakansiya haqqında
Struktur bölmənin adı
İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə
departamenti / Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq şöbəsi
Vəzifənin funksiyaları:
Mərkəzi Bankda rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində siyasət, prosedur və
tələblərin hazırlanması prosesində iştirak edilməsi və müvafiq təkliflərin verilməsi;
Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində beynəlxalq təcrübənin araşdırılması, təhlili və
yerli tənzimləyici çərçivəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması;
Mərkəzi Bankın təqdim etdiyi və ya tənzimlədiyi məhsul və xidmətlər üzrə rəqəmsal
fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və bu risklərin azaldılması məqsədilə müvafiq tədbirlərin təklif
edilməsi;
Mərkəzi Bankın nəzarət subyektlərində rəqəmsal
fırıldaqçılıqla mübarizə sahəsində tətbiq olunan mexanizmlərin qiymətləndirilməsi və yoxlama proseslərində iştirak
edilməsi;
Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə minimum tələblərin
formalaşdırılması prosesində iştirak və metodoloji dəstəyin göstərilməsi;
Rəqəmsal fırıldaqçılıq halları üzrə məlumatların təhlili, səbəblərin müəyyən edilməsi və
təkrarlanma risklərinin azaldılması məqsədilə təkliflərin hazırlanması;
Sektor üzrə rəqəmsal fırıldaqçılıq risk indikatorlarının müəyyən edilməsi və müvafiq analitik
hesabatların hazırlanmasında iştirak;
Nəzarət subyektləri arasında
fırıldaqçılıq halları üzrə məlumat mübadiləsi, erkən xəbərdarlıq mexanizmləri və sektor üzrə koordinasiyanın təmin
edilməsi;
Nəzarət subyektləri arasında məlumat mübadiləsi və erkən
xəbərdarlıq mexanizmlərinin inkişafı üzrə təkliflərin hazırlanması;
Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində mərkəzləşdirilmiş mexanizmlərin formalaşdırılması
istiqamətində təhlillərin aparılması və təkliflərin verilməsi;
Rəqəmsal
fırıldaqçılıqla mübarizə ilə bağlı məsələlər üzrə Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə (ödəniş
sistemləri, informasiya texnologiyaları, hüquq, risk və digər sahələr üzrə) qarşılıqlı əməkdaşlıq
etmək;
Rəqəmsal fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və idarə
olunması məqsədilə digər struktur bölmələrdən daxil olan məlumatların təhlilində iştirak etmək
Texniki kompetensiyalar
Rəqəmsal fırıldaqçılıq növləri üzrə dərin bilik
Ödəniş sistemləri və məhsulları üzrə bilik
Rəqəmsal
fırıldaqçılıqla mübarizə və monitorinq mexanizmlərinin təhlil edilməsi və onların təkmilləşdirilməsi üzrə
təkliflərin hazırlanması bacarığı
Böyük həcmli məlumatların işlənilməsi,
təhlili və fırıldaqçılıq əlamətlərinin müəyyən edilməsi bacarığı
Fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin
qurulması
Risk modelləri və qiymətləndirmə yanaşmaları üzrə
bilik
Beynəlxalq standartlar və tənzimləyici yanaşmalar üzrə
bilik
İnformasiya sistemləri və inteqrasiyası üzrə ümumi
bilik
Təcrübə
Rəqəmsal fırıldaqçılıqla mübarizə, əməliyyat risklərinin idarə edilməsi və ya
komplayens/AML sahələri üzrə ən azı 5 il təcrübə tələb olunur
Təhsil
Maliyyə, bank işi, iqtisadiyyat, informasiya texnologiyaları, kibertəhlükəsizlik,
məlumatların təhlili ilə bağlı ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə) tələb
olunur.
Kompüter bacarıqları
Windows OS ilə işləmə bacarığı tələb olunur
Rəqəmsal fırıldaqçılığın idarəolunması alətləri ilə təcrübə tələb olunur
Məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi üzrə əsas biliklər tələb
olunur
SQL – orta səviyyədə arzuolunandır
Məlumatların vizuallaşdırılması və hesabatlılıq alətləri üzrə bilik
arzuolunandır
Sertifikatlar
Rəqəmsal fırıldaqçılıq, Komplayens/AML, əməliyyat riskləri və digər oxşar sahələrə
aid sertifikat arzuolunandır
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
