Vakansiya haqqında
Təsvir
Rəqəmsal Bankçılıq sistemlərini inkişaf etdirmək və dəstəkləmək, onların stabil,
təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək.
Biznes tələblərinə uyğun
yeni funksionallıqları layihələndirmək və hazırlamaq.
Sistemlərin
layihələndirilməsində, arxitekturanın təkmilləşdirilməsində, texnologiya seçimində və texniki qərarların qəbulunda
iştirak etmək.
Bankın daxili sistemləri və xarici platformalarla
inteqrasiyaları layihələndirmək və həyata keçirmək.
İstifadə ssenarisinə
uyğun texnologiya seçərək Java, Go və ya Python ilə servislər, inteqrasiyalar və avtomatlaşdırma həlləri
hazırlamaq.
Funksionallıqların texniki layihələndirmədən hazırlanma,
test, istehsal mühitinə yerləşdirmə və dəstəyə qədər bütün mərhələləri üzrə məsuliyyət daşımaq.
Kod icmalları (code review) aparmaq, kodun keyfiyyətini, təhlükəsizliyini və dəstəklənə
bilməsini təmin etmək.
Komanda üzvlərinə texniki dəstək göstərmək və
mentorluq etmək.
Kritik insidentləri, performans problemlərini və
istehsal mühitində yaranan nasazlıqları araşdırmaq və aradan qaldırmaq.
Tapşırıqların texniki qiymətləndirilməsində, planlaşdırılmasında və icrasının
koordinasiyasında iştirak etmək.
API spesifikasiyaları, sistem
diaqramları və arxitektura qərarları daxil olmaqla texniki sənədləşməni hazırlamaq və
yeniləmək.
Məhsul menecerləri, biznes analitikləri, arxitektorlar, QA,
DevOps və informasiya təhlükəsizliyi komandaları ilə əməkdaşlıq etmək.
Şöbənin fəaliyyət istiqamətinə uyğun digər mühəndislik tapşırıqlarını yerinə
yetirmək.
Tələblər
Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi və ya əlaqəli sahələr
üzrə təhsilə üstünlük verilir);
Proqram təminatının hazırlanması üzrə
minimum 5 il müvafiq iş təcrübəsi;
OOP, SOLID, Clean Code və dizayn
nümunələri (design patterns) üzrə dərin bilik;
Java 8+ və Spring
ekosistemi (Spring Boot, Spring Data JPA, Spring Security, Spring Cloud) üzrə geniş praktiki təcrübə; Go və ya
Python üzrə biliklər;
Mikroservis arxitekturası və paylanmış sistemlərin
layihələndirilməsi təcrübəsi (miqyaslanma, nasazlıqlara davamlılıq, təhlükəsizlik);
REST API, mesaj brokerləri (Kafka və ya RabbitMQ) və Redis ilə iş
təcrübəsi;
Oracle və ya PostgreSQL üzrə güclü SQL
bilikləri;
OAuth 2.0, JWT və OWASP təhlükəsiz proqramlaşdırma prinsipləri
üzrə biliklər;
Git, CI/CD, Docker, Kubernetes və avtomatlaşdırılmış
testlər üzrə təcrübə;
Güclü analitik düşüncə, komanda üzvlərinə mentorluq
etmək və işin nəticəsinə görə məsuliyyət daşımaq bacarığı;
Üstünlük:
bank, fintech və ya ödəniş sistemlərində təcrübə, ingilis və rus dili bilikləri.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan
linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
