Vakansiya haqqında
Rahat Supermarketlər şəbəkəsi İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsi üzrə
vakansiya elan edir.
Vəzifə öhdəlikləri
Şirkətin ictimaiyyətlə əlaqələr və kommunikasiya strategiyasının hazırlanması və
həyata keçirilməsində iştirak etmək;
Şirkətin media və ictimaiyyət
qarşısında müsbət imicinin formalaşdırılması və qorunmasını təmin etmək;
Media nümayəndələri, jurnalistlər, xəbər portalları və digər kommunikasiya kanalları ilə
işgüzar əlaqələr qurmaq və inkişaf etdirmək;
Şirkətin xəbərləri,
press-relizləri, elanları, müsahibələri və digər PR materiallarını hazırlamaq;
Şirkətin sosial media hesabları üçün kreativ və məqsədyönlü məzmunların hazırlanmasını və
paylaşılmasını koordinasiya etmək;
Sosial media kampaniyaları və
kommunikasiya layihələri hazırlamaq və həyata keçirmək;
Şirkətin
tədbirlərinin, təqdimatlarının və digər ictimai tədbirlərin təşkilində iştirak etmək;
Media sorğularının cavablandırılmasını və zəruri məlumatların vaxtında təqdim edilməsini təmin
etmək;
Şirkət, məhsul və xidmətlərlə bağlı mediada yayımlanan məlumatları
izləmək və təhlil etmək;
Şirkətin reputasiyasına təsir edə biləcək
məsələləri izləmək və rəhbərliyi məlumatlandırmaq;
PR və kommunikasiya
fəaliyyətləri üzrə hesabatlar hazırlamaq və nəticələri təhlil etmək;
Şirkətin korporativ üslubunun və kommunikasiya standartlarının qorunmasına dəstək
olmaq;
PR fəaliyyətləri çərçivəsində yeni ideyalar və kommunikasiya
layihələri təklif etmək.
Namizədə tələblər:
Cins: Bəy və Xanım namizədlər
PR, jurnalistika, marketinq, kommunikasiya və ya əlaqəli sahə üzrə ali
təhsil;
PR, media, kommunikasiya və ya marketinq sahəsində iş
təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq
qabiliyyəti;
İngilis və/və ya rus dili biliyi
üstünlükdür;
Güclü kommunikasiya və təqdimat
bacarığı;
Kreativ düşüncə və yeni ideyalar yaratmaq
bacarığı;
Sosial media platformaları və rəqəmsal kommunikasiya alətləri
üzrə yaxşı bilik;
Press-reliz və digər yazılı PR materiallarını
hazırlamaq bacarığı;
Media nümayəndələri ilə peşəkar ünsiyyət qurmaq
bacarığı;
Tədbirlərin təşkili və koordinasiyası üzrə
bacarıq;
Analitik düşüncə və problem həll etmə
bacarığı;
Komanda ilə işləmək və müxtəlif departamentlərlə effektiv
əməkdaşlıq etmək bacarığı;
İşləri prioritetləşdirmək və vaxtı düzgün
idarə etmək bacarığı;
MS Office proqramlarında işləmək
bacarığı.
Əlavə üstünlüklər:
Pərakəndə satış və ya FMCG sektorunda PR/kommunikasiya
təcrübəsi;
Media və jurnalistlərlə formalaşmış işgüzar əlaqələrin
olması;
Sosial media kampaniyalarının hazırlanması və idarə olunması üzrə
təcrübə;
Foto, video və qrafik məzmunların hazırlanması prosesini
bilməsi;
Böyükmiqyaslı tədbirlərin təşkilində
təcrübə;
Korporativ kommunikasiya və brend reputasiyasının idarə olunması
üzrə təcrübə.
İş qrafiki: 5 günlük iş həftəsi
İş yeri: Rahat Supermarketlər şəbəkəsi
Tələblərə uyğun namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
