Vakansiya haqqında
Vəzifənin məqsədi
Metal konstruksiyaların və istehsal olunmuş komponentlərin ölçülərinin texniki
çertyojlara, müvafiq standartlara və müəyyən edilmiş texniki tələblərə uyğunluğunu yoxlamaq, ölçmə nəticələrini
sənədləşdirmək və istehsalat prosesində ölçü uyğunluğuna nəzarəti təmin etmək.
Əsas vəzifə və öhdəliklər
Metal konstruksiyaların, detalların və digər istehsal olunmuş komponentlərin
ölçülərini texniki çertyojlara və müəyyən edilmiş tələblərə uyğun yoxlamaq;
BS EN 1090-2 standartının tələblərinə uyğun ölçü yoxlamalarını həyata
keçirmək;
Yoxlama Test Planının (YTP) tələblərinə uyğun müvafiq
inspeksiya və test mərhələlərinin icrasına nəzarət etmək;
Texniki
çertyojları, spesifikasiyaları və ölçü yoxlamaları ilə bağlı digər texniki sənədləri oxumaq və tətbiq
etmək;
Ölçü alətlərindən və müvafiq ölçmə avadanlıqlarından düzgün
istifadə etmək;
Faktiki ölçüləri texniki çertyojlar və müəyyən edilmiş
tələblərlə müqayisə edərək uyğunluğu müəyyənləşdirmək;
İstehsalat prosesi
zamanı metal konstruksiyaların və komponentlərin ölçü uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar barədə birbaşa rəhbərə
məlumat vermək;
Ölçmə nəticələrini düzgün sənədləşdirmək, müvafiq yoxlama
qeydlərini aparmaq və hesabatlar hazırlamaq;
Səviyyə, hündürlük və digər
ölçü göstəricilərini yoxlamaq, zəruri hallarda nivelirdən istifadə etmək;
Ölçmə alətlərinin düzgün istifadəsinə və yoxlama prosesinin müəyyən edilmiş tələblərə uyğun
aparılmasına riayət etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM
tələblərinə riayət etmək.
Namizədə tələblər
Müvafiq texniki sahə üzrə ali təhsil;
Ölçü kontrolu və ya metal konstruksiyaların ölçülərinin yoxlanılması sahəsində iş
təcrübəsi;
BS EN 1090-2 standartının tələbləri barədə
biliklər;
Yoxlama Test Planının (YTP) tələblərini bilmək və müvafiq
inspeksiya/test mərhələlərini anlamaq;
Texniki çertyojları və müvafiq
texniki sənədləri oxumaq bacarığı;
Metal konstruksiyaların və istehsal
olunmuş komponentlərin ölçülərinin yoxlanılması üzrə praktiki biliklər;
Ölçmə alətləri və müvafiq ölçü avadanlıqlarından istifadə bacarığı;
Faktiki ölçüləri texniki tələblərlə müqayisə etmək, uyğunsuzluqları müəyyənləşdirmək və
nəticələri sənədləşdirmək bacarığı;
Ölçmə nəticələri əsasında yoxlama
hesabatlarının hazırlanması üzrə biliklər;
Nivelirlə işləmək bacarığının
olması arzuolunandır;
Səviyyə, hündürlük və digər ölçü göstəricilərinin
yoxlanılması üzrə praktiki təcrübə üstünlükdür;
Diqqətlilik, dəqiqlik,
məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 6
günlük iş həftəsi;
Nahar və servis xidməti ilə təminat.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
