Vakansiya haqqında
Şirkət: Azərsun Holdinq MMC - Bakı şəhəri Masazır qəsəbəsi və Sumqayıt şəhərində
yerləşən istehsalat müəssisələri
Tələblər:
Ali təhsil (Mexanika, Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi və ya əlaqəli
ixtisaslar üzrə).
Keyfiyyətə nəzarət, laboratoriya və ya istehsalat
sahəsində 2 il iş təcrübəsi.
MS Office, SAP və Microsoft Teams
proqramlarında işləmək bacarığı.
Keyfiyyət göstəricilərinin yoxlanılması
və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
Yüksək analitik düşünmə,
problem həll etmə və qərarvermə bacarığı.
Qida təhlükəsizliyi, keyfiyyət
idarəetmə sistemləri və istehsalat prosesləri üzrə biliklər (ingilis və rus dili bilikləri
üstünlükdür)
Vəzifə öhdəlikləri
İş təlimatlarına uyğun olaraq laborator və istehsalat nəzarət analizlərini həyata
keçirmək.
Məhsulların fiziki-kimyəvi, orqanoleptik və keyfiyyət
göstəricilərinin keyfiyyət planına uyğunluğunu yoxlamaq və qiymətləndirmək.
İstehsalat və qablaşdırma proseslərində keyfiyyət və proses parametrlərinə mütəmadi nəzarət
etmək.
Uyğunsuzluq aşkar edildikdə prosesi dayandırmaq, aidiyyəti
şəxsləri məlumatlandırmaq və düzəldici-önləyici fəaliyyətlərin həyata keçirilməsini təmin
etmək.
Hazır məhsul, yarımfabrikat, xammal, qablaşdırma materialları və
qatqı maddələrinin qəbul şərtlərinə uyğunluğunu yoxlamaq.
İstehsalat
sahələrində sanitar-gigiyenik tələblərə, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına
nəzarət etmək.
Anbar sahələrində temperatur, rütubət, paletləmə və
təmizlik göstəricilərini yoxlamaq və nəticələri qeydiyyata almaq.
Aparılmış yoxlamalar, analizlər və aşkar olunmuş uyğunsuzluqlar üzrə müvafiq hesabat və
qeydləri hazırlamaq.
Növbə ərzində həyata keçirilən yoxlamalar və
nəticələr barədə rəhbərliyə mütəmadi məlumat və hesabat təqdim etmək
İş yeri:
Bakı Qida və Yağ Fabriki MMC
Azərsun
Kağız və Karton İstehsalat Korporasiyası
Azərbaycan Duz İstehsalat
Birliyi MMC
İş şəraiti
İş Qrafiki: Növbəli (3 növbə)
Nəqliyyat dəstəyi mövcuddur
Nahar şirkət tərəfindən
təmin olunur
Tələblərə cavab verdiyiniz təqdirdə CV-niziMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət
üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
