Vakansiya haqqında
İnzibati və ofis idarəetməsi
Ofisin gündəlik inzibati fəaliyyətini təşkil etmək və koordinasiya
etmək
Ofis qaydalarını və daxili inzibati prosedurları hazırlamaq,
onların tətbiqinə nəzarət etmək
Əməkdaşların gündəlik inzibati
ehtiyaclarını koordinasiya etmək
Ofis ləvazimatlarını, inventarı və digər
inzibati resursları idarə etmək
Təchizatçılar və xidmət göstərən
şirkətlərlə kommunikasiya aparmaq
Ofis infrastrukturu, texniki və
təsərrüfat məsələlərini koordinasiya etmək
Rəhbərliyin inzibati
tapşırıqlarını icra etmək və koordinasiya etmək
Sənəd dövriyyəsi və arxiv işi
Gələn və gedən sənədləri qeydiyyata almaq, təsnifləşdirmək, aidiyyəti
departamentlərə yönləndirmək və lazım gəldikdə arxivləşdirmək
Müqavilə,
məktub, rəsmi yazışma və digər korporativ sənədlərin dövriyyəsinə nəzarət etmək
Şirkət məlumatlarını və sənəd reyestrlərini aktual saxlamaq
Reception və qonaqların qəbulu
Reception fəaliyyətini təşkil etmək və gündəlik idarə etmək
Qonaqları qarşılamaq, ofisə giriş prosesini təşkil etmək və onları aidiyyəti şəxslərə
yönləndirmək
Gələn zəngləri, sorğuları və ümumi müraciətləri qəbul
etmək
Görüşləri və qonaq səfərlərini koordinasiya
etmək
Kuryer, poçt və sənəd çatdırılmalarının qəbulunu və göndərilməsini
təşkil etmək
Tələblər
Ali təhsil (biznes idarəetməsi, menecment və ya əlaqəli sahə
üstünlükdür)
Ofis administrasiyası, reception və ya sənəd dövriyyəsi
sahəsində ən azı 2 il iş təcrübəsi
Azərbaycan dilində mükəmməl yazılı və
şifahi bilik; ingilis dilində işgüzar səviyyədə ünsiyyət; rus dili bilikləri üstünlükdür
MS Office proqramlarından (Word, Excel, Outlook) və Microsoft Teams-dən sərbəst
istifadə
Kargüzarlıq və işgüzar yazışma qaydalarını
bilmək
Güclü təşkilatçılıq, prioritetləşdirmə və eyni anda bir neçə
tapşırığı idarə etmə bacarığı
Diqqətlilik, məsuliyyət və məxfiliyə
riayət
Peşəkar görünüş, xoş ünsiyyət və müştəri yönümlü
yanaşma
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Könüllü tibbi sığorta
Parking
Korporativ nömrə
Telefon xərcləri
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
