Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şöbə müdirinin tapşırığına əsasən şöbənin fəaliyyətini əlaqələndirir və ona
rəhbərlik edir, şöbəni təmsil edir, şöbə adından sənədləri imzalayır və razılaşdırılması üçün daxil olan sənədlərə
viza verir;
Şöbənin fəaliyyət istiqamətləri üzrə qəbul edilmiş aktların
icrasını təşkil edir və buna nəzarət edir;
Şöbənin fəaliyyət
istiqamətləri üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına dair tələbatın müəyyənləşdirilməsində və
müvafiq təkliflərin hazırlanmasında iştirak edir;
Satınalma məqsədilə
bazar araşdırmasının aparılmasını, potensial təchizatçılardan qiymət təkliflərinin əldə edilməsini və təhlilini
təşkil edir;
Satınalma predmetinin texniki xüsusiyyətlərinin və digər
tələblərinin müəyyənləşdirilməsi, habelə satınalma prosedurları üçün zəruri sənədlərin hazırlanması məqsədilə
müvafiq struktur bölmələrlə əməkdaşlıq edir;
Satınalma müqavilələrinin
icrasına, malların (işlərin və xidmətlərin) müqavilə şərtlərinə uyğun təhvil alınmasına və müvafiq sənədləşməyə
nəzarət edir;
Satın alınan mal və xidmətlərin qanunvericiliyin və daxili
qaydaların tələblərinə uyğun olaraq təhvili və təslimi prosesinin icrasına nəzarət edir, sahənin təkmilləşdirilməsi
ilə bağlı təkliflər verir;
Şöbənin fəaliyyət istiqamətləri üzrə
hesabatların, arayışların və digər məlumatların hazırlanmasını təmin edir;
Şöbənin vəzifələrinin icrası ilə bağlı qayda və təlimatların hazırlanmasında, habelə onlara
dəyişikliklərin edilməsində iştirak edir;
Səlahiyyətlərinə aid
məsələlərlə bağlı tədbirlərdə iştirak edir, rəhbərliyin və şöbə müdirinin tapşırığına əsasən hesabatlar, arayışlar
və məlumatlar hazırlayır;
Şöbə müdirinin müvəqqəti olmadığı və ya
vəzifələrini icra edə bilmədiyi hallarda, Şöbənin Əsasnaməsinə uyğun olaraq onun vəzifələrini həyata
keçirir;
Tələblər
“İqtisadiyyat və idarəetmə ixtisasları qrupu”na daxil olan istiqamətlər üzrə ali
təhsil;
Təchizat və dövlət satınalmaları sahəsində azı 5 il iş təcrübəsi,
rəhbər vəzifədə isə azı 3 il iş təcrübəsi;
Dövlət satınalmaları sahəsini
tənzimləyən qanunvericilik aktları (qanunlar, fərmanlar, qərarlar, qaydalar və digər normativ hüquqi aktlar) üzrə
biliklərə malik olmaq;
Yaş həddinin 30–45 aralığında
olması;
Təchizat zəncirinin idarə olunması sahəsində bilik və bacarıqlara
malik olmaq;
Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması
bacarığına malik olmaq;
Azərbaycan dilini sərbəst bilmək, ingilis dilini
və rus dilini bilmək arzuolunandır;
Fikirlərini düzgün ifadə etmək
və savadlı yazı qabiliyyətinə malik olmaq;
Müvafiq hesabatlarla (texniki
hesabatlar, material hesabatları və aktlar) işləmək bacarığına malik olmaq;
MS Office proqramları üzrə yüksək səviyyədə biliklərə malik olmaq;
Kataloqlardan, internetdən və digər informasiya mənbələrindən istifadə etmək bacarığına malik
olmaq.
İş şəraiti:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketləriniMüraciət etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsinin müdir
müavini) qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
