Vakansiya haqqında
Vəzifə funksiyaları:
Layihələr üzrə müqavilə və kommersiya məlumatlarının təhlilində dəyərləndirmə
komandasına dəstək göstərmək.
Müqavilə qiymətlərini, layihə büdcələrini
və zəruri hallarda ayrı-ayrı iş paketləri üzrə qiymətləri təhlil etmək.
Layihə sənədləri və müqavilə tələbləri əsasında yerinə yetirilmiş işlərin həcmlərini ölçmək,
yoxlamaq və nəticələri təhlil etmək.
Tender və sorğu sənədlərində təqdim
olunan iş həcmlərinin layihə tələblərinə və texniki sənədlərə uyğunluğunu yoxlamaq.
Podratçılar tərəfindən təqdim olunan qiymət təkliflərini və ilkin xərc hesablamalarını
araşdırmaq, kommersiya baxımından qiymətləndirmək.
Tender və sorğular
üzrə maliyyə təkliflərinin müqayisəli təhlilini aparmaq və nəticələr əsasında hesabatlar
hazırlamaq.
Tender/sorğu mərhələsindən əvvəl layihələr üzrə ilkin xərc və
qiymət hesablamalarının hazırlanmasında iştirak etmək.
İlkin, aralıq və
yekun ödəniş sənədlərini, dəyişikliklərlə bağlı sənədləri və layihə üzrə irəliləyiş məlumatlarını birbaşa rəhbərlə
birlikdə yoxlamaq.
Podratçıların təqdim etdiyi maliyyə və xərc nəzarəti
hesabatlarını təhlil etmək və müqavilə göstəriciləri ilə uyğunluğunu yoxlamaq.
Təqdim olunan hesab-fakturaların müqavilə şərtlərinə, təsdiq edilmiş iş həcmlərinə və digər
ödəniş tələblərinə uyğunluğunu qiymətləndirmək.
Layihələr üzrə pul
vəsaitlərinin hərəkəti (Cash Flow) proqnozlarının hazırlanmasında iştirak etmək və müvafiq hesabatları rəhbərliyə
təqdim etmək.
Layihələrin maliyyə və kommersiya göstəricilərinin
monitorinqində iştirak etmək.
Podratçıların irəli sürdüyü iddia və əlavə
ödəniş tələblərini araşdırmaq, onların yaranma səbəblərini və maliyyə təsirlərini təhlil etmək.
İddialar üzrə aparılmış təhlillərin nəticələrini sistemləşdirmək və rəhbərliyə təqdim
etmək.
Layihələrin dəyərləndirilməsi və kommersiya qiymətləndirilməsi
prosesində layihə komandası ilə koordinasiyalı şəkildə zəruri hesablamaları və yoxlamaları həyata
keçirmək.
Layihələr üzrə maliyyə planlarının hazırlanmasında iştirak
etmək, faktiki nəticələrə və layihənin gedişatına uyğun olaraq planları mütəmadi yeniləmək.
Layihə üzrə kommersiya, xərc və ödəniş məlumatlarının dəqiqliyinin təmin edilməsində iştirak
etmək.
Vəzifəyə olan tələblər:
Ali təhsil- İnşaat, mühəndislik,iqtisadiyyat
üzrə bakalavr və ya ekvivalent dərəcə.
Müvafiq vəzifədə ən az 4 il təcrübə.
Mülki tikinti və ya tikinti layihələrinin kommersiya/xərc idarəetməsi sahəsində təcrübə
üstünlükdür
Azərbaycan, İngilis
dillərində şifahi və yazılı ünsiyyət, Rus dili biliyi arzu olunandır.
Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
Əmək şəraiti:
İş qrafiki: 6 gün
Nahar şirkət
tərəfindən təmin edilir
İş yeri: 8 Noyabr pr
Əmək Haqqı: 3000-4000 AZN net
Maraqlanan namizədlər CV
formalarını mövzu yerinə “Xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
