Vakansiya haqqında
Təsvir
Mobil rabitə şəbəkələrində (2G/3G/4G/5G) xidmət keyfiyyətinin qiymətləndirilməsi
məqsədilə drive test və walk test ölçmələrini planlaşdırmaq, ölçmə marşrutlarını və test ssenarilərini hazırlamaq və
icra etmək;
Bina daxili məkanlarda (ticarət mərkəzləri, metro, hava
limanı, inzibati binalar və s.) walk test ölçmələrini aparmaq;
Ölçmə
avadanlıqlarını və proqram təminatını quraşdırmaq, konfiqurasiya etmək, onların işlək vəziyyətdə saxlanmasına və
yenilənməsinə nəzarət etmək;
Səs, data (HTTP, FTP, video streaming və s.)
və SMS xidmətləri üzrə Əsas Keyfiyyət Göstəricilərini (KPI) ölçmək: əhatə və siqnal keyfiyyəti (RSRP, RSRQ, SINR,
RSCP, Ec/Io, RxLev, RxQual), zənglərin qurulma və kəsilmə göstəriciləri, ötürmə sürəti, gecikmə, handover
uğurluluğu, səs keyfiyyəti (MOS) və s.;
Ölçmə nəticələrinin emalını
(post-processing) aparmaq, əldə edilmiş məlumatları təhlil etmək və qiymətləndirmək;
Zəif əhatə, interferensiya, handover uğursuzluqları, zənglərin kəsilməsi və s. kimi problemli
zonaları müəyyən etmək, onların səbəblərini araşdırmaq və həlli üzrə təkliflər hazırlamaq;
Operatorların xidmət keyfiyyətinin müqayisəli (benchmarking) təhlilini
aparmaq;
Ölçmə nəticələri əsasında əhatə xəritələri, cədvəllər və
qrafiklər hazırlamaq, texniki hesabat və təqdimatlar hazırlamaq;
Ölçmə
nəticələrinin lisenziya şərtlərinə və müəyyən edilmiş keyfiyyət normativlərinə uyğunluğunu qiymətləndirmək, aşkar
edilmiş uyğunsuzluqlar barədə hesabat hazırlamaq;
Vətəndaş müraciətləri
və şikayətləri əsasında yerində ölçmələr aparmaq və nəticələrə dair rəy hazırlamaq;
Beynəlxalq standartlara (ITU-T, ETSI, 3GPP) uyğun ölçmə metodikalarının və prosedurlarının
hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
Ölçmə
məlumatlarının sistemli şəkildə saxlanılmasını, arxivləşdirilməsini və məlumat bazasının aparılmasını təmin
etmək;
Ölçmə sahəsində yeni texnologiyaları və metodları izləmək, onların
tətbiqinə dair təkliflər vermək.
Tələblər
Ali təhsil (telekommunikasiya, radiotexnika, elektronika və ya digər müvafiq texniki
ixtisas üzrə);
Mobil rabitə texnologiyaları (GSM, UMTS, LTE, 5G
NR(arzuolunandır)), radio interfeys, siqnallaşma və protokollar haqqında dərin biliklərə malik
olmaq;
Mobil rabitə şəbəkələrində drive test, RF ölçmə və ya şəbəkə
optimallaşdırması sahəsində minimum 5 il iş təcrübəsi malik olmaq;
Drive
test və walk test ölçmə alətləri ilə praktiki iş bacarığına malik olmaq;
Post-processing alətləri ilə işləmə bacarığı olmaq;
Xidmət keyfiyyəti (QoS/QoE) göstəriciləri və müvafiq beynəlxalq standartlar (ITU-T E.800,
E.804, P.863, ETSI TS 102 250 və s.) haqqında biliklərə malik olmaq;
Sahədə (çöl şəraitində) işləməyə və ölkədaxili ezamiyyətlərə hazır olmaq;
Dil: Azərbaycan dili(mükəmməl), İngilis dili(yaxşı), Rus
dili(arzuolunan);
RF planlaşdırma və optimallaşdırma prinsiplərini
bilmək.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət
et düyməsində qeyd
olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
