Vakansiya haqqında
Ünvan: Bakı, Azərbaycan
OKHU Academy SAT Math üzrə müəllim axtarır. Tədrisi sevən və tələbələrin hədəflədikləri
nəticələrə çatmasına məsuliyyətlə yanaşan namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri:
Digital SAT Math üzrə planlı və tələbələrin səviyyəsinə uyğun dərslər
keçmək.
Tədris materialları, praktiki tapşırıqlar və sınaq imtahanları
hazırlamaq.
Riyazi anlayışları aydın izah etmək, effektiv həll üsullarını
və vaxtın idarə olunmasını öyrətmək.
Tələbələrin nəticələrini təhlil
etmək, zəif olduqları mövzuları müəyyənləşdirmək və irəliləyişlərini izləmək.
Dərs cədvəlini tələbələr və administrasiya ilə operativ razılaşdırmaq.
Cədvəli tələbələrə vaxtında təqdim etmək və dəyişikliklər barədə əvvəlcədən məlumat
vermək.
Tələbələr və akademiya komandası ilə müntəzəm əlaqə
saxlamaq.
Tələblər:
Digital SAT Math proqramını, sual tiplərini və imtahan formatını yaxşı
bilmək.
Riyaziyyatı ingilis dilində tədris etmək
bacarığı.
Desmos kalkulyatorundan istifadəni və onunla effektiv həll
üsullarını izah edə bilmək.
Mövzuları aydın izah etmək və tələbələrə
fərdi yanaşmaq bacarığı.
Məsuliyyətlilik, punktuallıq və təşkilatçılıq
bacarığı.
SAT Math üzrə tədris təcrübəsinə və təsdiqlənmiş yüksək imtahan
nəticəsinə üstünlük verilir
CV-nizi və tədris təcrübəniz haqqında qısa məlumatı WhatsApp vasitəsilə +994 51
553 81 88 nömrəsinə göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
