Vakansiya haqqında
Veyseloglu Group of Companies Aparıcı Hüquqşünas vakansiyasını açıq elan
edir
Vəzifə öhdəlikləri:
Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika,
nəqliyyat və s.) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə
müzakirələrin, razılaşdırmaların aparılması;
Dövlət orqanlarından, digər
şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab
hazırlanması;
Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında,
hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə
edilməsi;
Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə
baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
Müxtəlif
sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq rəylər və arayışlar hazırlamaq, mövcud sənədləri
qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq;
Şirkətin fəaliyyətini
tənzimləyən müxtəlif növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların
hazırlanması və / və ya onlara hüquqi rəy verilməsi;
Hüquqi şəxslərin
təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması (dəyişikliklərin edilməsi) və onların dövlət
qeydiyyatının həyata keçirilməsi;
Tələblər:
Ali hüquq təhsili;
Şirkətlərdə və ya
tənzimləyici – nəzarət orqanlarında azı 3 il iş təcrübəsi;
Mülki (əqdlər,
korporativ hüquq və s.), inzibati, gömrük, vergi, əmək, -antiinhisar, miqrasiya, valyuta
tənzimi, mülki və inzibati prosessual qanunvericiliyik biliyi və təcrübəsi; -İngilis, rus və / və ya türk
dillərində ən azı sənədlərlə işləmək təcrübəsi və bacarığı;
Məntiqi
və hüquqi analiz qabiliyyətinin olması;
Komandada işləmək
bacarığı.
İş şərtləri:
İş məkanı: Azure Plaza
Əmək haqqı:
Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün (həftə
içi)
Nahar: Təmin edilir
Rəqabətli əmək haqqı və mükafat sistemi.
Peşəkar
inkişaf imkanları və təlim proqramları.
Müasir iş mühiti və layihələrdə
iştirak.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu
hissəsində “Aparıcı Hüquqşünas” yazmaqla, öz CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
