Vakansiya haqqında
Marcel Academy Fransız dili müəllimi axtarır. Namizəd tələbələrə
dilin qrammatikasını, lüğət ehtiyatını və danışıq bacarıqlarını öyrətməyə hazır olmalıdır.
Vəzifə öhdəlikləri:
Tələbələrin səviyyəsinə uyğun dərs planları hazırlamaq
Fransız dilində qrammatika, lüğət və tələffüz üzrə dərslər keçirmək
Danışıq və dinləmə bacarıqlarının inkişafına yönəlik tapşırıqlar vermək
Tələbələrin biliklərini qiymətləndirmək və "feedback" vermək
Dərs materiallarını və əlavə resursları hazırlamaq
Tələbələrin motivasiyasını və maraqlarını artırmaq üçün müxtəlif tədris metodlarından istifadə
etmək
Namizədə tələblər:
Fransız dilini sərbəst səviyyədə bilmək
Beynəlxalq sertifikatların olması üstünlükdür (DELF / DALF / TCF / TEF və ya
DAEFLE)
Pedaqoji sahədə təhsil və ya iş təcrübəsi
arzuolunandır
Tədris prosesini planlaşdırmaq
bacarığı
Yaxşı kommunikasiya və izahetmə bacarıqları
Səbirli və məsuliyyətli yanaşma
Fərqli yaş
qruplarına uyğunlaşma bacarığı
İş şəraiti:
Dərs cədvəli müəllimlə razılaşaraq uyğunlaşdırılır
Rahat iş mühiti təmin olunur
Əməkhaqqı razılaşma
əsasında olur
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Əlaqə: (+994)103875189
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
