Vakansiya haqqında
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü
Vəzifə haqqında
İT sahəsində satış təcrübəsi olan, korporativ müştərilərlə işləmək və
kibertəhlükəsizlik həllərinin satışını həyata keçirmək istəyən namizədləri müraciət etməyə dəvət
edirik.
Əsas vəzifə öhdəlikləri
Yeni korporativ müştərilərin cəlb edilməsi və biznes əlaqələrinin
qurulması;
Potensial müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və
uyğun kibertəhlükəsizlik həllərinin təqdim edilməsi;
Müştərilərlə
görüşlərin və məhsul təqdimatlarının keçirilməsi;
Kommersiya
təkliflərinin hazırlanması və təqdim edilməsi;
Satış prosesinin bütün
mərhələlərinin idarə olunması və müştərilərlə müntəzəm əlaqənin saxlanılması;
Mövcud müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi və yeni satış imkanlarının
müəyyənləşdirilməsi;
Satış hədəflərinə nail olunması və müştəri
məmnuniyyətinin təmin edilməsi.
Namizədə dair tələblər
İT sahəsində satış təcrübəsi;
B2B satış
və korporativ müştərilərlə iş bacarığı;
Güclü ünsiyyət, təqdimat və
danışıqlar aparmaq bacarığı;
Müştəri ehtiyaclarını təhlil etmək və uyğun
həllər təklif etmək bacarığı;
Nəticəyönümlülük, təşəbbüskarlıq və
məsuliyyətlilik;
Komandada işləmək və müstəqil fəaliyyət göstərmək
bacarığı;
Yeni texnologiyaları öyrənməyə və biliklərini inkişaf etdirməyə
həvəs.
Üstünlük hesab olunur:
Kibertəhlükəsizlik həlləri, proqram təminatı və ya digər İT məhsullarının satışında
təcrübə;
Korporativ müştərilərlə uzunmüddətli işgüzar münasibətlərin
qurulması üzrə təcrübə.
Təklif olunur
Sabit əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
Məhsul və həllər üzrə təlimlər;
Texniki komandanın
dəstəyi;
Peşəkar inkişaf və karyera imkanları.
Vakansiya ilə maraqlanan namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
