Vakansiya haqqında
Biz eksklüziv premium daşınmaz əmlakların satışı üzrə komandamıza təcrübəli və
nəticəyönümlü Daşınmaz Əmlak üzrə İnvestisiya məsləhətçisi axtarırıq.Həmin şəxsin əsas vəzifəsi daima
komandanın peşəkarlağını artırmaq və müştərilərinin tələblərinə uygun investesiya məsləhət paketi hazırlamaq
olacaq
Əsas vəzifə öhdəliklər
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi: Müştərilərin
tələblərini, büdcəsini, gözləntilərini və alış motivlərini müəyyənləşdirmək.
Satış strategiyasının hazırlanması: Potensial alıcıları qiymətləndirmək və
premium seqment müştəriləri üçün fərdi satış strategiyaları hazırlamaq.
Peşəkar təqdimatların keçirilməsi: Layihəni, ayrı-ayrı yaşayış sahələrini və
uyğun mənzil planlaşdırma variantlarını yüksək səviyyədə təqdim etmək.
Kommersiya danışıqlarının aparılması: Qiymət, ödəniş strukturu və kommersiya
şərtləri üzrə danışıqlar aparmaq, müştərilərin etirazlarını effektiv şəkildə qarşılamaq.
Müştəri münasibətlərinin və təqib prosesinin idarə edilməsi: Müştərilərlə
müntəzəm əlaqə saxlamaq, görüşlər və əmlak baxışları təşkil etmək, rezervasiya mərhələsindən satışın yekunlaşmasına
qədər bütün prosesi idarə etmək.
Namizədə dair tələblər
Cins: Bəy namizədlər.
Təhsil: Bakalavr dərəcəsi.
Yaş: 27–40 yaş.
İş
təcrübəsi: Daşınmaz əmlak sahəsində minimum 3 il birbaşa iş təcrübəsi.
Dil bilikləri: Azərbaycan və rus dillərini ana dili səviyyəsində və ya
sərbəst bilmək mütləqdir. İngilis dili üzrə işgüzar ünsiyyət bacarığı üstünlükdür.
Texniki bacarıqlar: MS Office proqramlarını yüksək səviyyədə bilmək və
Bitrix24 kimi CRM sistemləri ilə işləmək təcrübəsi.
Əsas
səriştələr: Yüksək səviyyəli ünsiyyət, danışıqlar aparmaq və təqdimat bacarıqları, aktiv dinləmə,
etirazların idarə edilməsi və güclü kommersiya düşüncəsi.
İş şəraiti
İş qrafiki: Bazar ertəsi – cümə, saat
10:00–19:00.
Qidalanma: Şirkət tərəfindən gündəlik nahar
təmin edilir.
Əməkhaqqı: Rəqabətqabiliyyətli sabit
əməkhaqqı, satış nəticələrinə və KPI göstəricilərinə əsaslanan yüksək komissiya və bonus sistemi.
Biz nə təklif edirik?
Premium daşınmaz əmlak portfeli ilə işləmək imkanı.
Yüksək gəlir potensialı və nəticələrə əsaslanan maliyyə
mükafatlandırması.
Peşəkar inkişaf, davamlı məhsul və satış
təlimləri.
Müasir iş mühitində karyera yüksəlişi və inkişaf
imkanları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
