Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Native iOS və Android tətbiqlərinin funksional, reqressiya, UI/UX və uyğunluq
testlərini həyata keçirmək;
Test dizaynını sürətləndirmək üçün süni
intellekt alətlərindən istifadə etməklə test keys və test ssenarilərini hazırlamaq və icra
etmək;
Müxtəlif əməliyyat sistemi versiyaları və ekran ölçüləri üzrə real
cihazlarda, emulyatorlarda və simulyatorlarda testlər aparmaq;
Mobil
tətbiqlərə xas yoxlamaları həyata keçirmək: icazələr, kənar müdaxilələr (zənglər, bildirişlər), oflayn rejim,
şəbəkələr arasında keçid və tətbiqin arxa planda/ön planda işləmə davranışı;
Mobil tətbiqlərin API-lərini və backend inteqrasiyasını test etmək (Postman/Swagger), həmçinin
Grafana/Sentry vasitəsilə backend loglarını və metriklərini yoxlamaq;
Cihaz logları, ekran görüntüləri və ekran qeydləri ilə birlikdə xətaları Jira-da qeyd etmək,
təhlil etmək və izləmək;
Crash hesabatlarını (Firebase Crashlytics və ya
oxşar alətlər) izləmək və süni intellekt alətlərindən istifadə etməklə xətaların əsas səbəblərinin
müəyyənləşdirilməsinə dəstək olmaq;
Appium və ya Selenium vasitəsilə test
avtomatlaşdırılması üzrə təcrübəyə malik olmaq;
Mobil QA proseslərini
təkmilləşdirmək və süni intellekt əsaslı yeni həllər təklif etmək;
Mobil
proqramçılar, dizaynerlər və məhsul komandaları ilə sıx əməkdaşlıq etmək, gündəlik görüşlərdə (daily stand-up) və
sprint planlaşdırılmasında iştirak etmək;
Texniki məsələləri aydın,
strukturlaşdırılmış və anlaşılır şəkildə izah etmək bacarığı;
Yeni
texnologiya və yanaşmaları öyrənməyə və tətbiq etməyə açıq olmaq;
Detail-oriented yanaşma və işin keyfiyyətinə fokuslanmaq;
Prioritetləri düzgün müəyyənləşdirmək və müəyyən edilmiş deadline-lara riayət
etmək;
Dəyişən tələblərə və dinamik development mühitinə adaptasiya
olmaq;
Tələb olunan bilik və bacarıqlar:
Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr
üzrə);
QA sahəsində ən az 2 il iş təcrübəsi;
Test proseslərində süni intellekt alətlərindən istifadə təcrübəsi;
SDLC, STLC, test metodologiyaları və test dizaynı texnikaları üzrə güclü nəzəri və praktiki
biliklər;
Real cihazlarda iOS və Android tətbiqlərinin test edilməsi üzrə
praktiki təcrübə;
Android Studio (ADB, Logcat) və Xcode (simulyatorlar,
cihaz logları) ilə işləmək barədə məlumatlılıq;
Figma vasitəsilə tətbiqin
istifadəçi interfeysinin (UI) dizayn tələblərinə uyğunluğunu yoxlamaq təcrübəsi;
Analitik düşünmə, detallara diqqət və problemlərin səbəblərini müəyyən edərək effektiv həll
yolları tapmaq bacarığı;
Komanda ilə əməkdaşlıq, ünsiyyət və qarşıya
qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirmək bacarığı;
Dil
bilikləri: Azərbaycan dili — sərbəst; İngilis dili — texniki sənədlərlə işləmək səviyyəsində.
Üstünlük hesab olunur:
ISTQB sertifikatı (CTFL; Mobile Application Testing əlavəsi
üstünlükdür);
Mobil SDK-ların test edilməsi üzrə
təcrübə;
Trafikin yoxlanılması üçün alətlərlə (Charles Proxy, Proxyman)
işləmək təcrübəsi;
Grafana və ya Sentry ilə işləmək
təcrübəsi;
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
