Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AFFA

Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssisvəzifəsi üzrə peşəkar və məsuliyyətli namizəd axtarır. Əsas vəzifə öhdəlikləri: Futbolda sosial layihələr və klubların sosial məsuliyyəti üzrə strategiyanın hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək; Sosial və ekoloji dayanıqlılıq siyasətlərinin hazırlanmasını və formalaşdırılmasını təmin etmək; Beynəlxalq standartlara uyğun olaraq illik dayanıqlılıq və sosial məsuliyyət hesabatlarını hazırlamaq; Uzunmüddətli sosial layihələri planlaşdırmaq və onların həyata keçirilməsini koordinasiya etmək; Sosial, ekoloji və məsuliyyətli idarəetmə (SƏM) dayanıqlılığı meyarları üzrə futbol klubları ilə əməkdaşlığı təşviq etmək; SƏM dayanıqlılığı platformasının fəaliyyətinə nəzarət etmək və onun səmərəli fəaliyyətini təmin etmək; Müvafiq meyarlar üzrə seminar və təlimlərin təşkilini həyata keçirmək; Uşaqların hüquq və maraqlarının qorunması üzrə məsul şəxs funksiyasını yerinə yetirmək; Struktur bölmənin fəaliyyət istiqamətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. Namizədə dair tələblər: Ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Uşaq hüquqları üzrə biliklər; Sosial layihələrin təşkili və həyata keçirilməsi sahəsində təcrübə; Media savadlılığı və sosial şəbəkələrdən düzgün istifadə bacarığı; Komanda ilə işləmək və əməkdaşlıq bacarığı; Yüksək ünsiyyət və davranış mədəniyyəti; MS Office proqramları ilə işləmək bacarığı; Google Meet və Microsoft Teams proqramlarından istifadə bacarığı; Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı; B2 (Upper-Intermediate) səviyyəsində -İngilis dili biliyi ; Yüksək səviyyədə rus dili biliyi. İş şəraiti: Peşəkar və inkişafyönümlü iş mühiti; Müxtəlif sosial və ekoloji layihələrdə iştirak imkanı; Əməkhaqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir. Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Aparıcı mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.