Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Müəssisə tərəfindən aparılan əməliyyatlar üzrə təhkim olunduğu əsas iş sahəsində, o
cümlədən müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz və keyfiyyətli şəkildə icra
etmək;
Elektrik avadanlıqlarını, paylayıcı şitləri, elektrik panellərini,
MCC-ləri, idarəetmə panellərini və digər elektrik qurğularını yoxlamaq, nasazlıqları müəyyən etmək və aradan
qaldırmaq;
Elektrik mühərriklərinin, generatorların, transformatorların
və digər elektrik avadanlıqlarının texniki xidmətini və təmirini həyata keçirmək;
Elektrik mühərriklərinin sökülməsi, texniki baxışı, təmiri və yenidən yığılmasını təmin
etmək;
Kabel xətlərinin çəkilməsi, kabel uclarının hazırlanması,
markalanması, birləşdirilməsi və kabel marşrutlarının texniki vəziyyətinin yoxlanılmasını həyata
keçirmək;
Elektrik avadanlıqlarının izolyasiya müqavimətini,
davamlılığını, torpaqlanmasını və digər elektrik parametrlərini müvafiq ölçü cihazları vasitəsilə
yoxlamaq;
Elektrik sistemlərində sınaq və ölçmə işləri aparmaq,
nəticələri qeydə almaq və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
Elektrik avadanlıqlarına planlı və profilaktik texniki xidmət göstərmək və avadanlıqların daim
işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Elektrik avadanlıqlarının
qoruyucu aparatlarını, avtomat açarlarını, qoruyucuları, kontaktorları, releləri və digər elektrik komponentlərini
yoxlamaq və zəruri hallarda dəyişdirmək;
Aşkar edilmiş elektrik
nasazlıqlarının səbəblərini müəyyən etmək, nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və
görülmüş işlər barədə hesabat vermək;
Təmir və texniki xidmət işlərindən
sonra elektrik avadanlıqlarının funksional və təhlükəsizlik sınaqlarını həyata keçirmək;
Partlayış təhlükəli zonalarda (Ex Zone) elektrik avadanlıqları ilə işləyərkən müvafiq Ex
tələblərinə, prosedurlara və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
Elektrik avadanlıqları üzərində iş aparmazdan əvvəl enerji mənbəyinin təhlükəsiz şəkildə
təcrid olunmasını, LOTO (Lockout/Tagout) prosedurunun və müvafiq İş İcazəsinin (Permit to Work) tətbiq edilməsini
təmin etmək;
Elektrik təhlükəsizliyi qaydalarına, əməyin mühafizəsi,
sənaye və yanğın təhlükəsizliyi tələblərinə ciddi riayət etmək;
Elektrik
avadanlıqlarında və iş sahəsində aşkar edilmiş təhlükəli vəziyyətlər, nasazlıqlar və potensial risklər barədə dərhal
rəhbərliyə məlumat vermək;
Fövqəladə hallar zamanı müəssisənin müəyyən
etdiyi fövqəladə hallar və təxliyə prosedurlarına uyğun hərəkət etmək;
Yerinə yetirilmiş texniki xidmət, təmir, sınaq və nasazlıqlar barədə müvafiq texniki qeydləri
və hesabatları aparmaq;
Rəhbər tərəfindən tapşırılan digər işləri vəzifə
təlimatına, müəssisənin daxili prosedurlarına və qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun yerinə
yetirmək.
Namizədə tələblər
Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas
üstünlükdür);
Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il
iş təcrübəsi;
Qazma qurğuları və mexaniki avadanlıqların
texniki xidməti və təmiri üzrə praktiki biliklər;
Mexaniki
alətlərdən və ölçü cihazlarından istifadə bacarığı;
SƏTƏM
standartları və təhlükəsizlik qaydaları üzrə biliklər;
Komandada
işləmək, məsuliyyətli və intizamlı olmaq;
Fiziki iş şəraitində və
növbəli iş rejimində işləmək imkanı.
Qeyd - Yalnız qazma qurğuları üzrə təcrübəsi olanlar müraciət etsin
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
