Vakansiya haqqında
Wellmechs MMC şirkəti inşaat
sektorunda binalarda İsitmə, Soyutma, Havalandırma (HVAC), Zəif Axın (ELV), Elektrik Güc sistemləri, Yanğınla
mübarizə sistemlərinin layihələndirilməsi, quraşdırılması və servisi işlərini həyata
keçirməkdədir.
İş öhdəlikləri
Kompleks tikinti sistemlərinin
məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu
anlamaq;
Tender
təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək;
Əməliyyat və istismar xərclərinin azaldılması, istismar
müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili
proseslərində iştirak etmək;
Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik
sisteminin seçilməsində fəal iştirak etmək;
Müəssisə daxili maliyyə smetasının qiymətləndirmək, layihələr üzərində kodların və
zona bölgüsünün təsvir etmək, xərcləri optimallaşdırmaq;
Mexaniki/elektrik koordinasiya prosesinə nəzarət etmək;
Sistematik konstruktivlik
icmalı;
İstismar müddətinin
təhlili də daxil olmaqla elektrik sistemini seçilmək;
Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı
tövsiyyələr vermək;
Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini
müəyyənləşdirmək;
Müştərilərə tövsiyələr vermək;
Layihənin həyata keçirilməsi zamanı konstruktiv
dəyişikliklərə nəzarət etmək;
Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini
qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat
vermək;
Müştərilər,
podratçılar, memarlar və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil
etmək;
Texniki baxış üzrə
məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də
bu əməliyyatlarda iştirak etmək;
Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs
tələbatlarını müəyyənləşdirmək, müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək, resursları müvafiq
qaydada bölüşdürmək;
Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların,
infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək;
Bütün müəssisələr və avadanlıqlar üçün profilaktik
baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək;
Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə
riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə məsuliyyət
daşımaq;
Podrat işinin
təşkili üçün podratçılarla qarşılıqlı əlaqələr qurmaq;
Sualları cavablandırmaq və ictimaiyyəti
məlumtalandırmaq;
Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə
tövsiyyələr vermək;
Tələb olunan:
Yaş: 25 – 45 (Bəy namizəd)
Ali təhsil:
Elektrik mühəndisliyi üzrə
İş təcrübəsi: Müvafiq sahə üzrə minium 2
il iş təcrübəsi;
Kompüter bilikləri: MS Office,
AutoCAD;
Dil bilikləri: ingilis dili (orta)
İş şəraiti:
Əmək haqqı 1500-2000 AZN aralığında razılaşma yolu ilə təyin
olunur.
Nahar şirkət tərəfindən qarşılanır.
Əgər
tələblərə cavab verirsinizsə, CV-niziMüraciət
etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində “Elektrik
Mühəndisi” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
