Vakansiya haqqında
Marketinq strategiyası, kampaniya koordinasiyası və müştəri layihələrinin idarə
edilməsi
Vəzifənin məqsədi
OmniMark və müştəri layihələrinin marketinq fəaliyyətlərini biznes məqsədləri ilə
əlaqələndirmək; bazar insight-ları əsasında strategiya və kampaniya planları hazırlamaq, kreativ, rəqəmsal, media və
satış yönümlü fəaliyyətləri koordinasiya edərək ölçülə bilən nəticələr yaratmaq.
Əsas vəzifə öhdəlikləri
Müştərilərin biznes məqsədlərini, hədəf auditoriyasını və bazar mövqeyini təhlil
edərək aylıq, rüblük və kampaniya əsaslı marketinq planları hazırlamaq.
İnteqrə olunmuş marketinq kampaniyalarını konseptdən icraya qədər planlamaq və koordinasiya
etmək; digital, social media, ATL/BTL, PR və satış fəaliyyətlərini vahid məqsəd ətrafında
birləşdirmək.
Kreativ, dizayn, foto-video, rəqəmsal marketinq və media
komandaları üçün nəticəyönümlü brief-lər hazırlamaq və icra keyfiyyətinə nəzarət etmək.
Müştərilərlə strateji və gündəlik kommunikasiya aparmaq, ehtiyacları müəyyənləşdirmək,
təklifləri təqdim etmək və razılaşdırılmış fəaliyyətlərin vaxtında icrasını təmin etmək.
Kampaniya büdcələrini, timeline-ları və deliverable-ları planlamaq; resursların effektiv
istifadəsinə və deadline-lara nəzarət etmək.
Brend mövqeləndirməsi,
kommunikasiya mesajları, kampaniya ideyaları, satış təklifləri və müştəri journey-si üzrə təkmilləşdirmə təklifləri
hazırlamaq.
Trafik, lead, conversion, engagement, CPL/CPA və digər əsas
göstəriciləri izləmək, nəticələri təhlil etmək və marketinq qərarlarında istifadə etmək.
Satış komandası ilə lead keyfiyyəti, satış funnel-i, CRM istifadəsi və kampaniyaların
kommersiya nəticələrinə təsirini təhlil etmək.
Rəqib, bazar və istehlakçı
araşdırmaları aparmaq; yeni trendləri və growth imkanlarını müəyyənləşdirmək.
Müştəri hesabatları, təqdimatlar və növbəti dövr üçün fəaliyyət planları hazırlamaq; lazım
olduqda yeni biznes təkliflərində iştirak etmək.
Namizədə tələblər
Marketinq, reklam, kommunikasiya və ya əlaqəli sahədə minimum 3 il praktik iş
təcrübəsi; agentlik təcrübəsi üstünlükdür.
Marketinq strategiyası,
kampaniya planlaması və layihə koordinasiyası üzrə güclü praktiki bilik.
Digital marketinq, sosial media, performance reklam, kontent və media planlamanın əsas
prinsiplərini yaxşı anlamaq.
ATL/BTL, branding, promo və digər inteqrə
olunmuş marketinq alətləri üzrə işlək bilik.
Müştəri ilə işləmək, brief
toplamaq, təqdimat keçirmək və müxtəlif stakeholder-ləri koordinasiya etmək bacarığı.
Büdcə, timeline və iş planı ilə işləmək; bir neçə layihəni paralel idarə etmək və
prioritetləşdirmək bacarığı.
Analitik düşüncə və marketinq
göstəricilərini biznes nəticələri ilə əlaqələndirmək bacarığı.
PowerPoint/Google Slides və Excel/Google Sheets proqramlarında yüksək səviyyədə işləmək
bacarığı.
Azərbaycan dilində yüksək səviyyədə kommunikasiya; ingilis dili
yaxşı səviyyədə, rus dili isə üstünlükdür.
Şəxsi keyfiyyətlər
Strateji və icrayönümlü düşüncə.
Güclü
kommunikasiya, təqdimat və stakeholder idarəetmə bacarığı.
Proaktivlik,
məsuliyyət və problem həll etmə yanaşması.
Detalçılıq, deadline intizamı
və təşkilatçılıq.
Komanda işi, çeviklik və nəticəyə fokuslanmaq
bacarığı.
Üstünlük hesab ediləcək təcrübə
Daşınmaz əmlak, təhsil, retail, xidmət və ya B2B layihələrində marketinq
təcrübəsi.
CRM, lead management və satış funnel-ları ilə işləmək
təcrübəsi.
Agentlik mühitində bir neçə müştəri və kampaniyanı paralel
idarə etmək təcrübəsi.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
