Vakansiya haqqında
“Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi” MMC Sürücüvəzifəsi üzrə
işə qəbul olunmaq üçün müsabiqə elan edir:
Tabeçiliyi:Nəqliyyat üzrə koordinator
Tələblər:
Sürücüluk vəsiqəsi (D kateqoriya)
Avtobus
sürücülük sahəsində minimum 3 il təcrübə;
Müvafiq cədvəl üzrə
işləmək bacarığı;
Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq
bacarığı;
Müxtəlif millətlərin nümayəndələri ilə işləmək
bacarığı;
30-55 yaş arası namizədlər;
Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı.
Vəzifə öhdəlikləri:
Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz,
qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının
baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş
nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol
hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
İstifadə
etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və
texniki xidmətlərinə daim hazır olmaq;
Əmək intizamına, təhlükəsizlik
texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək.
Maraqlanan şəxslər niyyət məktubu və təcrübəsini əks etdirən CV-niMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərməlidirlər. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində
sənədlərinizi hansı elan üzrə verdiyinizi qeyd edin. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə
baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
