Vakansiya haqqında
İş yeri: Şamaxı rayonu — Meysari Grand Hotel & Spa
Meysari Grand Hotel & Spa komandamıza qoşulacaq, mexaniki sistemlərin və
avadanlıqların etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin edəcək təcrübəli və məsuliyyətli Senior
Mechanical Supervisor axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Mexaniki sistemlərin, avadanlıqların və mühəndislik qurğularının işinə nəzarət
etmək;
Profilaktik texniki xidmət və təmir işlərini planlaşdırmaq və
icrasını təmin etmək;
Nasazlıqları müəyyən etmək, texniki problemlərin
operativ həllini təşkil etmək;
Texniki xidmət komandasının gündəlik
fəaliyyətini əlaqələndirmək və iş bölgüsünü aparmaq;
Mexaniki
avadanlıqların istismarına, təhlükəsizlik qaydalarına və texniki standartlara riayət olunmasına nəzarət
etmək;
Ehtiyat hissələrinin və texniki materialların istifadəsini
izləmək, müvafiq hesabatlar hazırlamaq;
Enerji səmərəliliyinin
artırılması və avadanlıqların istismar müddətinin uzadılması istiqamətində tədbirlər görmək.
Namizəd üçün tələblər
Mexanika, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali və ya uyğun texniki
təhsil;
Mexaniki sistemlərin istismarı, texniki xidməti və təmiri
sahəsində müvafiq iş təcrübəsi;
Texniki heyətin idarə edilməsi və işlərin
koordinasiyası üzrə bacarıqlar;
Mexaniki avadanlıqlar, nasoslar,
mühərriklər, HVAC və digər mühəndislik sistemləri üzrə biliklər;
Texniki
sənədləri oxumaq, nasazlıqları təhlil etmək və operativ qərarlar qəbul etmək bacarığı;
Məsuliyyətlilik, liderlik, problem həll etmə və komanda ilə işləmək
bacarığı;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili prosedurlar
barədə biliklər;
Otel və ya iri obyektlərin texniki xidmət sahəsində
təcrübə üstünlükdür.
CV-lərinizi mövzu hissəsində “Senior Mechanical Supervisor” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
