Vakansiya haqqında
Pizza Mizza-nın yaranma hekayəsi yalnız bir vizyonun təzahürü deyil, həm də orijinallıq
və yüksək keyfiyyət standartlarına sadiq bir mədəniyyəti yaratmaq arzusudur. Bu markanın kökündə, Azərbaycanda
pizzaya olan baxışları dəyişdirərək hər kəs üçün yenilikçi və keyfiyyətli məhsullara əlçatanlığı artırmaq istəyi
yatır. Bu, sadəcə bir iş təşəbbüsü deyil, həm də məhsul və xidmətlərimizlə həqiqi bir fərq yaratmaq
istəyidir.
İş yeri: Baş Ofis (Bakı şəhəri)
Şöbə: Maliyyə
Birbaşa Rəhbəri: Baş İcraçı Direktor (CEO)
Vəzifənin əsas məqsədi:
Şirkətin mühasibat və vergi uçotunun AR qanunvericiliyinə və beynəlxalq standartlara
uyğun dəqiq aparılmasını, maliyyə resurslarının effektiv idarə olunmasını təmin etmək, vergi və maliyyə risklərini
minimuma endirmək və rəhbərliyə düzgün, şəffaf maliyyə hesabatlarını təqdim etmək.
Vəzifə öhdəlikləri
Şirkətin mühasibat və vergi uçotunu AR qanunvericiliyinə uyğun olaraq düzgün, dəqiq
və vaxtında təşkil etmək və idarə etmək.
Dövlət Vergi Xidməti, DSMF,
Statistika Komitəsi və digər dövlət orqanlarına təqdim olunan bəyannamə və hesabatların (ƏDV, Mənfəət, Ödəmə
mənbəyində vergi və s.) vaxtında və tam formalaşdırılaraq göndərilməsini təmin etmək.
Kassa, bank, e-qaimə, hesab-faktura və əsas vəsaitlər üzrə bütün əməliyyatların gündəlik
uçotda əks olunmasına nəzarət etmək.
İaşə proqramlarında (iKo və s.)
məhsul reseptlərinin, kalkulyasiya kartlarının və silinmələrin düzgünlüyünə nəzarət etmək.
Restoranlar üzrə keçirilən dövrü inventarizasiya (sayım) proseslərinə rəhbərlik etmək,
kənaraçıxmaları (əskik və ya artıq gəlmə) təhlil edərək rəhbərliyə rəy təqdim etmək.
Təchizatçılarla (ərzaq, xammal və s.) üzləşmə aktlarının mütəmadi tərtib olunmasını, debitor
və kreditor borclarının nəzarətdə saxlanılmasını sağlamaq.
Rəhbərlik üçün
aylıq, rüblük və illik maliyyə hesabatlarını (P&L – Mənfəət və Zərər, Cash Flow – Pul Vəsaitlərinin Hərəkəti,
Balans) hazırlamaq və təqdim etmək.
Filiallar üzrə rentabellik, əməliyyat
xərcləri (OPEX) və əsas vəsait xərclərinin (CAPEX) təhlilini aparmaq, xərclərin optimallaşdırılması üçün təkliflər
vermək.
İşçilərin əməkhaqqı, bonus, məzuniyyət, xəstəlik vərəqəsi və
digər ödənişlərinin düzgün hesablanmasını və vaxtında köçürülməsini təmin etmək.
Əmək müqavilələri üzrə vergi və sosial ayırmaların dəqiq hesablanıb büdcəyə ödənilməsinə
nəzarət etmək.
Mühasibatlıq şöbəsinin əməkdaşlarının (mühasiblər, kassa
müfəttişləri, operatorlar) işini bölüşdürmək, onlara rəhbərlik və nəzarət etmək.
Kommersiya sirrinin qorunması və məxfilik qaydalarına tam əməl etmək.
Tələblər
Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsində ali
təhsil.
İş təcrübəsi: İctimai iaşə (HoReCa/Restoran)
sahəsində Baş Mühasib və ya Aparıcı Mühasib kimi minimum 3-5 il iş təcrübəsi.
MS Office (xüsusilə MS Excel) proqramını yüksək səviyyədə
bilmək.
Qanunvericilik bilikləri: AR Vergi Məcəlləsi,
Mühasibat Uçotu haqqında qanunvericiliyi mükəmməl bilmək (MHBS/IFRS bilikləri arzuolunandır).
Şəxsi keyfiyyətlər: Analitik təfəkkür, detallara diqqət, komandanı idarəetmə
və liderlik bacarığı, məsuliyyətlilik, stresə davamlılıq.
İş şəraiti və təminatlar
İş qrafiki: I-V günlər, 09:00 – 18:00
Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq rəqabətədavamlı
əməkhaqqı (müsahibə əsasında təyin olunur).
Karyera
imkanı: Dinamik inkişaf edən restorançılıq şəbəkəsində peşəkar inkişaf imkanı.
Maraqlanan namizədlərMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına “Baş
Mühasib” başlığı ilə CV göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş
namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
