Vakansiya haqqında
Komandamıza qoşulmaq üçünAvtobus Sürücüsüaxtarırıq!
Namizəd müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun olaraq avtobusu idarə etməli
və sərnişinlərin təhlükəsiz daşınmasını təmin etməlidir.
Sizi hansı öhdəliklər gözləyir?
Avtobusu müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun təhlükəsiz idarə
etməli;
Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin
etməli;
Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və texniki
təhlükəsizlik tələblərinə riayət etməli;
Avtobusun texniki vəziyyətinə
nəzarət etmək və aşkar olunan nasazlıqlar barədə vaxtında məlumat verməli;
Xidmət zamanı yaranan fövqəladə və digər hallarda müəyyən edilmiş qaydalara uyğun hərəkət
etməli;
Təsdiq olunmuş vəzifə təlimatına uyğun olaraq gündəlik əmək
funksiyasını həyata keçirməli;
Gərgin və operativ xidmət şəraitində
işləmək bacarığı olmalı, təhlükəsizlik prosedurlarına və intizam qaydalarına ciddi riayət etməli, məsuliyyətli
olmalı.
Namizədlərdən tələblərimiz
Yaş həddi: 65 yaşa qədər;
D kateqoriyalı
sürücülük vəsiqəsi olmalı;
Həqiqi hərbi xidmət keçmiş
olmalı;
Avtobus idarə etmək üzrə iş təcrübəsi
üstünlükdür;
Sərnişinlərlə düzgün ünsiyyət qurmaq bacarığı
olmalı.
İş şəraiti
Əmək haqqı: 1350 AZN (Gross);
İş rejimi:
növbəli;
İş yeri: Bakı şəhəri;
Müəssisədəki iş stajına uyğun olaraq əmək haqqına əlavələr;
Geyim forması ilə təminat;
Servis
xidməti;
Stabil və etibarlı iş mühiti.
Sizə nə təklif edilir?
Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət
imkanı;
Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçünhr.metro.gov.azportalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki iləhttps://hr.metro.gov.az/vacancy/5660 müraciətinizi tamamlaya
bilərsiniz.
Uğurlar!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
