Vakansiya haqqında
Əsas Tələblər:
Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya
Menecment sahəsi üstünlükdür);
Satınalma və ya təchizat zəncirinin idarə edilməsi sahəsində minimum 2 il
iş təcrübəsi;
Satınalma və tender prosedurları, RFQ/RFP və satınalma sifarişlərinin (PO) idarə
edilməsi üzrə biliklər;
Bazar
araşdırması aparmaq və qiymət dalğalanmalarını təhlil etmək bacarığı;
Tədarükçülərlə effektiv ünsiyyət və güclü danışıqlar
aparma qabiliyyəti;
MS Office
(xüsusilə Excel) proqramlarında peşəkar işləmək bacarığı;
Analitik düşünmə, detallara diqqət, planlaşdırma və vaxtın effektiv idarə edilməsi
bacarığı;
İşə məsuliyyətli
yanaşma, işgüzar etika, komanda ilə işləmək və nəticəyönümlülük;
İngilis dilində kommersiya təkliflərini, texniki
sənədləri və işgüzar yazışmaları oxuyub anlamaq bacarığı;
Əsas Vəzifə
Öhdəlikləri:
Daxil olan satınalma tələblərindəki
məlumatların dolğunluğunu yoxlamaq, qeyri-müəyyənlikləri aradan qaldırmaq və daxili sifarişçilərlə koordinasiya
qurmaq;
Tender
iştirakçılarının peşəkar uyğunluğunu yoxlamaq, Əsas Şərtlər Toplusunu hazırlayaraq tender elan etmək və təklif
zərflərini toplamaq;
Tender
komissiyasının iştirakı ilə zərflərin açılışını və iclaslarını təşkil etmək, müvafiq protokolları
hazırlamaq;
Əvvəlcədən
müəyyən edilmiş texniki, kommersiya və digər qiymətləndirmə meyarlarına əsasən təkliflərin müqayisə cədvəlini
hazırlamaq, uyğun təklifi komissiyaya tövsiyə etmək və təsdiqini almaq;
Potensial tədarükçüləri araşdırmaq, onlarla danışıqlar
aparmaq, endirim sorğuları göndərmək və qalib namizədlərin istehsalat/anbar sahələrinə ziyarətlər
etmək;
Tədarükçülərin qiymət,
keyfiyyət, çatdırılma müddəti və müqavilə öhdəliklərinə riayət etməsi üzrə performansını qiymətləndirmək və
təkmilləşdirmə təklifləri hazırlamaq;
Təsdiq edilmiş təklif üzrə satınalma sifarişini (PO) formalaşdırmaq, imzalatmaq və
malların təyin olunmuş ünvana vaxtında çatdırılmasını təqib etmək;
Anbara çatdırılan sifarişlərdə uyğunsuzluq olarsa,
tədarükçü ilə problemi həll etmək və təchiz olunan malların keyfiyyət analizini aparmaq;
Satınalma sifarişi, çatdırılma və hesablaşma sənədlərinin
doğruluğunu yoxlamaq, müqavilələrin hazırlanmasını koordinasiya etmək və rəhbərliyə mütəmadi hesabatlar
vermək;
Sifariş
yekunlaşdıqdan sonra tədarükçünün performansını dəyərləndirmək və gələcək əməkdaşlıq üçün sistemli analizlər
aparmaq.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
